Bazar günü günü, 25 oktyabr 2026
     

KİVDF "İs­lam Həm­rəy­li­yi İli"nin fəl­sə­fi-prak­tik ma­hiy­yə­ti­ni Lən­kə­ran ic­ti­ma­iy­yə­ti ilə də­rin mü­za­ki­rə­dən ke­çir­di... - FOTO

Image


Ap­re­lin 18-də Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun təş­ki­lat­çı­lı­ğı ilə Lən­kə­ran şə­hə­rin­də "İs­lam həm­rəy­li­yi­nin təb­li­ği və təş­vi­qin­də me­dia­nın ro­lu" möv­zu­sun­da re­gio­nal kon­frans ke­çi­ri­lib.

Hey­dər Əli­yev Mər­kə­zin­də ke­çi­ri­lən təd­bir­də Lən­kə­ran şə­hər İc­ra Ha­ki­miy­yə­ti­nin baş­çı­sı Ta­leh Qa­ra­şov, Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun ic­ra­çı di­rek­to­ru Vü­qar Sə­fər­li, Azər­bay­can Res­pub­li­ka­sı­nın mil­lət­lə­ra­ra­sı, mul­ti­kul­tu­ra­lizm və di­ni mə­sə­lə­lər üz­rə Döv­lət mü­şa­vi­ri xid­mə­ti­nin apa­rı­cı məs­lə­hət­çi­si Cey­hun Məm­mə­dov, Di­ni Qu­rum­lar­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin sədr müa­vi­ni Gün­düz İs­ma­yı­lov, elə­cə də zi­ya­lı­lar, di­ni ic­ma­la­rın nü­ma­yən­də­lə­ri, yer­li və res­pub­li­ka miq­yas­lı qə­zet­lə­rin baş re­dak­tor­la­rı iş­ti­rak edib.

Təd­bi­ri gi­riş sö­zü ilə açan Lən­kə­ran şə­hər İc­ra Ha­ki­miy­yə­ti­nin baş­çı­sı Ta­leh Qa­ra­şov qo­naq­la­rı sa­lam­la­ya­raq "İs­lam Həm­rəy­li­yi İli" çər­çi­və­sin­də Fon­dun təş­ki­lat­çı­lı­ğı ilə ke­çi­ri­lən re­gio­nal kon­fran­sın müs­təs­na əhə­miy­yə­ti­ni önə çə­kib. T.Qa­ra­şov ötən ilin res­pub­li­ka­mız­da "Mul­ti­kul­tu­ra­lizm ili" ki­mi ta­ri­xi­ləş­di­yi­ni xa­tır­la­da­raq, bu­nun mən­ti­qi da­va­mı ola­raq 2017-ci ilin "İs­lam Həm­rəy­li­yi İli" elan edil­mə­si­nin mü­hüm si­ya­si əhə­miy­yə­tə ma­lik ol­du­ğu­nu bil­di­rib. Şə­hər İc­ra Ha­ki­miy­yə­ti­nin baş­çı­sı ək­sər Av­ro­pa öl­kə­lə­rin­də mul­ti­kul­tu­ral və to­le­rant də­yər­lə­rin cid­di şə­kil­də aşın­dı­ğı, is­la­mo­fo­bi­ya meyl­lə­ri­nin güc­lən­di­yi ha­zır­kı şə­ra­it­də res­pub­li­ka­mı­zın di­ni-mil­li dö­züm­lü­lük sa­hə­sin­də mü­hüm uğur­la­ra im­za at­dı­ğı­nı qeyd edib. T.Qa­ra­şov Azər­bay­ca­nın İs­lam öl­kə­lə­ri ilə iq­ti­sa­di, si­ya­si və mə­də­ni əla­qə­lə­rin möh­kəm­lən­di­ril­mə­si sa­hə­sin­də yü­rüt­dü­yü si­ya­sət­lə dün­ya­da sülh, sa­bit­lik və tə­rəq­qi pro­se­si­nin möh­kəm­lən­mə­si­nə san­bal­lı töh­fə­lər ver­di­yi­ni vur­ğu­la­yıb.

Lən­kə­ran şə­hər əha­li­si­nin İs­la­mi də­yər­lə­rə hər za­man yük­sək eti­qad bəs­lə­di­yi­ni de­yən T.Qa­ra­şov bu­ra­da müx­tə­lif di­ni-mil­li az­lıq­la­rın nü­ma­yən­də­lə­ri­nin dinc şə­ra­it­də ya­şa­dıq­la­rı­nı, et­nik zə­min­də hər han­sı in­si­den­tin baş ver­mə­di­yi­ni diq­qə­tə çat­dı­rıb. Ta­leh Qa­ra­şov şə­hə­rin müx­tə­lif di­ni-et­nik mən­su­biy­yə­tə ma­lik sa­kin­lə­ri­nin azər­bay­can­lı adı al­tın­da bir­ləş­dik­lə­ri­ni və öl­kə rəh­bər­li­yi­nin yü­rüt­dü­yü si­ya­sə­ti bir­mə­na­lı dəs­tək­lə­dik­lə­ri­ni qeyd edib.

İs­lam həm­rəy­li­yi­nin təb­li­ği və təş­vi­qin­də küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri­nin də üzə­ri­nə mü­hüm və­zi­fə­lər düş­dü­yü­nü de­yən T.Qa­ra­şov Fon­dun yer­li ic­ra ha­ki­miy­yə­ti or­qan­la­rı ilə me­dia ara­sın­da əmək­daş­lı­ğın ge­niş­lən­di­ril­mə­sin­də­ki xid­mət­lə­ri­ni xü­su­si vur­ğu­la­yıb və sö­zü ic­ra­çı di­rek­tor Vü­qar Sə­fər­li­yə ve­rib.

Vü­qar Sə­fər­li təd­bir iş­ti­rak­çı­la­rı­nı sa­lam­la­ya­raq Fon­dun "İs­lam Həm­rəy­li­yi İli" çər­çi­və­sin­də ilk re­gio­nal kon­fran­sı Lən­kə­ran­da təş­kil et­mə­si­ni şə­hər əha­li­si­nin ta­ri­xən mil­li və di­ni də­yər­lə­rə bağ­lı ol­ma­sı ilə əla­qə­lən­di­rib. Vü­qar Sə­fər­li bil­di­rib ki, Pre­zi­dent İl­ham Əli­ye­vin 10 yan­var 2017-ci il ta­rix­li sə­rən­ca­mı ilə 2017-ci ilin Azər­bay­can­da "İs­lam Həm­rəy­li­yi İli" elan olun­ma­sı res­pub­li­ka­mı­zın İs­lam həm­rəy­li­yi­nin tə­mi­na­tı­na xid­mət edən çox­şa­xə­li fəa­liy­yə­ti­nin yer­li və bey­nəl­xalq ic­ti­ma­iy­yə­tə dol­ğun şə­kil­də çat­dı­rıl­ma­sı­nı zə­ru­ri edir. İc­ra­çı di­rek­tor qeyd edib ki, re­gio­nal kon­fran­sın təş­ki­lin­də məq­səd də məhz İs­lam həm­rəy­li­yi­nin möh­kəm­lən­di­ril­mə­sin­də me­dia­nın üzə­ri­nə dü­şən və­zi­fə­lə­ri mü­za­ki­rə et­mək­dir.

V.Sə­fər­li Azər­bay­ca­nın xa­ri­ci si­ya­sə­tin­də İs­lam öl­kə­lə­ri ilə əmək­daş­lı­ğın xü­su­si yer tut­du­ğu­nu, res­pub­li­ka­mı­zın 1991-ci il­də İs­lam Kon­fran­sı Təş­ki­la­tı­nın (İKT) üzv­lü­yü­nə qə­bul olun­du­ğu­nu xa­tır­la­dıb. Təş­ki­lat­la Azər­bay­can ara­sın­da əla­qə­lə­rin yük­sə­lən xətt üz­rə in­ki­şaf­da ol­du­ğu­nu de­yən V.Sə­fər­li 57 döv­lə­ti bir­ləş­di­rən İKT-nin Er­mə­nis­ta­nın tə­ca­vüz­kar­lıq si­ya­sə­ti­nin if­şa­sı­na yö­nəl­miş çox­say­lı qət­na­mə və bə­ya­nat­lar qə­bul et­di­yi­ni diq­qə­tə çat­dı­rıb.

Çı­xı­şı­nı da­vam et­di­rən Vü­qar Sə­fər­li təş­ki­lat­la qar­şı­lıq­lı fay­da­lı əmək­daş­lı­ğın nə­ti­cə­si ola­raq İs­lam Həm­rəy­li­yi İd­man Fe­de­ra­si­ya­sı­nın 2013-cü il­də IV İs­lam Həm­rəy­li­yi Oyun­la­rı­nın Ba­kı şə­hə­rin­də ke­çi­ril­mə­si ba­rə­də ta­ri­xi qə­rar qə­bul et­di­yi­ni vur­ğu­la­yıb. İc­ra­çı di­rek­tor döv­lət baş­çı­sı­nın 18 sen­tyabr 2015-ci il ta­rix­li sə­rən­ca­mı­na əsa­sən IV İs­lam Həm­rəy­li­yi Oyun­la­rı­nın 2017-ci il­də Ba­kı­da ke­çi­ril­mə­si üz­rə Təş­ki­lat Ko­mi­tə­si­nin ya­ra­dıl­dı­ğı­nı, Azər­bay­ca­nın Bi­rin­ci vit­se-pre­zi­den­ti Meh­ri­ban Əli­ye­va­nın ko­mi­tə­yə sədr tə­yin olun­du­ğu­nu bil­di­rib. V.Sə­fər­li həm­çi­nin qeyd edib ki, son il­lər­də I Av­ro­pa Oyun­la­rı və "For­mu­la-1" ki­mi mö­tə­bər id­man ya­rış­la­rı­na uğur­la ev sa­hib­li­yi edən Azər­bay­can 57 öl­kə­dən 3000-dək id­man­çı­nın iş­ti­ra­kı göz­lə­ni­lən İs­lam Həm­rəy­li­yi Oyun­la­rı­nı da yük­sək sə­viy­yə­də ke­çir­mək əz­min­də­dir. İc­ra­çı di­rek­tor bil­di­rib ki, may ayı­nın 12-dən 22-dək "Həm­rəy­lik bi­zim gü­cü­müz­dür" şüa­rı al­tın­da ke­çi­ri­lə­cək İs­lam Həm­rəy­li­yi Oyun­la­rı res­pub­li­ka­mı­zın si­ya­si, iq­ti­sa­di qüd­rə­ti­ni və tu­rizm po­ten­sia­lı­nı dün­ya­ya bir da­ha nü­ma­yiş et­di­rə­cək. Öl­kə me­dia­sı bu mö­tə­bər id­man ya­rı­şı­nın yer­li və bey­nəl­xalq ic­ti­ma­iy­yə­tə çat­dı­rıl­ma­sın­da üzə­ri­nə dü­şən və­zi­fə­lə­rin öh­də­sin­dən la­yi­qin­cə gə­lə­cək.

Di­ni Qu­rum­lar­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin sədr müa­vi­ni Gün­düz İs­ma­yı­lov "Müa­sir döv­rün qlo­bal ça­ğı­rış­la­rı və İs­lam həm­rəy­li­yi zə­ru­rə­ti" möv­zu­sun­da mə­ru­zə­sin­də İs­la­mı sülh, sa­bit­lik və həm­rəy­lik di­ni ki­mi sə­ciy­yə­lən­di­rə­rək onun fəl­sə­fə­sin­də in­san­lı­ğa yax­şı­lıq ki­mi va­cib ide­ya­nın yer al­dı­ğı­nı vur­ğu­la­yıb. Ko­mi­tə­nin sədr müa­vi­ni bil­di­rib ki, İs­lam həm­rəy­li­yi geo­si­ya­si dün­ya­da gər­gin­lik­lə­rin, mü­na­qi­şə ocaq­la­rı­nın art­dı­ğı dövr­də in­san­la­rı nə­cib, xe­yir­xah və işıq­lı əməl­lə­rə ça­ğı­ran tə­şəb­büs­dür. G.İs­ma­yı­lov İs­lam həm­rəy­li­yi­nin ter­ro­riz­mə, irq­çi­li­yə, zo­ra­kı­lı­ğa qar­şı ol­du­ğu­nu, elm­li, təh­sil­li və əx­laq­lı cə­miy­yət mo­de­li­ni dəs­tək­lə­di­yi­ni diq­qə­tə çat­dı­rıb.

Kon­frans­da "İs­lam həm­rəy­li­yi Azər­bay­can­da döv­lət si­ya­sə­ti­nin prio­ri­tet is­ti­qa­mə­ti ki­mi" möv­zu­sun­da mə­ru­zə edən Azər­bay­can Res­pub­li­ka­sı­nın mil­lət­lə­ra­ra­sı, mul­ti­kul­tu­ra­lizm və di­ni mə­sə­lə­lər üz­rə Döv­lət mü­şa­vi­ri xid­mə­ti­nin apa­rı­cı məs­lə­hət­çi­si Cey­hun Məm­mə­dov res­pub­li­ka­mı­zın müs­tə­qil­lik il­lə­rin­də yü­rüt­dü­yü si­ya­sət­lə mul­ti­kul­tu­ral və to­le­rant mə­kan ki­mi ta­nın­dı­ğı­nı, İs­lam həm­rəy­li­yi­nin möh­kəm­lən­di­ril­mə­si­nə san­bal­lı töh­fə­lər ver­di­yi­ni qeyd edib. Mə­ru­zə­çi İs­lam Həm­rəy­li­yi ili ilə bağ­lı təs­diq­lən­miş Təd­bir­lər Pla­nı­na əsa­sən gö­rü­lə­cək iş­lər ba­rə­də mə­lu­mat ve­rə­rək, IV İs­lam Həm­rəy­li­yi Oyun­la­rı­nın Ba­kı­da ke­çi­ril­mə­si­nin öl­kə­mi­zin bey­nəl­xalq nü­fu­zu­nun möh­kəm­lən­mə­si­nə müs­bət tə­sir gös­tə­rə­cə­yi­ni vur­ğu­la­yıb. 

"Ba­kı-Xə­bər" qə­ze­ti­nin baş re­dak­to­ru Ay­dın Qu­li­yev "İs­lam həm­rəy­li­yi­nin təb­li­ği və təş­vi­qin­də me­dia­nın ro­lu" möv­zu­sun­da mə­ru­zə­sin­də bil­di­rib ki, ilk də­fə məhz Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­yev İs­lam həm­rəy­li­yi və mul­ti­kul­tu­ra­lizm ide­ya­la­rı­nın ger­çək ma­hiy­yə­ti­ni mü­səl­man döv­lət­lə­ri­nin ümu­mi ma­raq­la­rı priz­ma­sın­dan dün­ya­ya çat­dır­mış nü­fuz­lu li­der­dir. A.Qu­li­yev müa­sir dövr­də İs­lam həm­rəy­li­yi­nin si­ya­si əhə­miy­yə­ti­ni müx­tə­lif fakt­lar əsa­sın­da diq­qə­tə çat­dı­ra­raq, öl­kə me­dia­sı­nın əv­vəl­ki il­lər­lə mü­qa­yi­sə­də ha­zır­da bu möv­zu­ya da­ha ob­yek­tiv və pe­şə­kar ya­naş­dı­ğı­nı, döv­lət­çi­lik ma­raq­la­rın­dan çı­xış et­di­yi­ni vur­ğu­la­yıb.

"Trend" İn­for­ma­si­ya Agent­li­yi­nin baş di­rek­tor müa­vi­ni Ar­zu Na­ğı­yev "İs­lam həm­rəy­li­yi dün­ya­da sülh, təh­lü­kə­siz­lik və in­ki­şa­fa tə­mi­nat­dır" möv­zu­sun­da mə­ru­zə­sin­də bil­di­rib ki, müa­sir dün­ya­da din­lər və si­vi­li­za­si­ya­lar ara­sın­da mü­na­si­bət­lə­rin si­vil məc­ra­da tən­zim­lən­mə­sin­də küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri­nin də üzə­ri­nə mü­hüm və­zi­fə­lər dü­şür. A.Na­ğı­yev bil­di­rib ki, ha­zır­da mü­əy­yən qüv­və­lə­rin qə­rəz­li və əsas­sız ola­raq İs­la­mı ter­ror­la əla­qə­lən­dir­mə­lə­ri­nə adek­vat ca­vab ola­raq mü­səl­man öl­kə­lə­ri­nin me­dia­sı­nın fə­al və mü­tə­şək­kil fəa­liy­yət gös­tər­mə­si­nə eh­ti­yac var. Mə­ru­zə­çi çı­xı­şın­da so­si­al şə­bə­kə­lər va­si­tə­si­lə in­san­la­rın ra­di­kal di­ni qrup­laş­ma­la­ra cəlb olun­ma­sı­nı təh­lü­kə­li ten­den­si­ya­lar­dan bi­ri ki­mi qeyd edə­rək me­dia­nın bu sa­hə­də maa­rif­lən­dir­mə və təb­li­ğat iş­lə­ri­nə da­ha ge­niş yer ver­mə­si­nin va­cib­li­yi­ni vur­ğu­la­yıb.

Son­ra mə­ru­zə­lər ət­ra­fın­da mü­za­ki­rə­lər apa­rı­lıb. Qaf­qaz Mü­səl­man­la­rı İda­rə­si­nin Cə­nub böl­gə­si üz­rə qa­zi­si ha­cı Qə­ni Axund­za­də çı­xı­şın­da bil­di­rib ki, Azər­bay­can əra­zi və əha­li ba­xım­dan ki­çik döv­lət ol­ma­sı­na bax­ma­ya­raq irə­li sür­dü­yü nə­cib tə­şəb­büs­lər­lə dün­ya­da sül­hün və əmin-aman­lı­ğın möh­kəm­lən­mə­si­nə yö­nə­lən cid­di ça­ğı­rış­lar edir. O, İs­lam həm­rəy­li­yi­nin tə­min olun­ma­sın­da din xa­dim­lə­ri­nin də üzə­ri­nə mü­hüm və­zi­fə­lə­rin düş­dü­yü­nü qeyd edə­rək Lən­kə­ran şə­hə­rin­də di­ni və mil­li az­lıq­lar ara­sın­da hər za­man sağ­lam an­laş­ma mü­hi­ti­nin möv­cud ol­du­ğu­nu vur­ğu­la­yıb.

Təd­bi­ri ye­kun­laş­dı­ran Fon­dun ic­ra­çı di­rek­to­ru Vü­qar Sə­fər­li kon­fran­sın təş­ki­li­nə ver­di­yi dəs­tə­yə gö­rə Lən­kə­ran Şə­hər İc­ra Ha­ki­miy­yə­ti­nin rəh­bər­li­yi­nə tə­şək­kü­rü­nü bil­di­rə­rək qar­şı­lıq­lı fay­da­lı əmək­daş­lı­ğın ge­niş­lən­di­ril­mə­si­nə xid­mət edən be­lə təd­bir­lə­rin gə­lə­cək­də də da­vam et­di­ri­lə­cə­yi­nə ina­mı­nı ifa­də edib.

Ba­ki-xe­ber.com



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ