Bazar günü günü, 25 oktyabr 2026
     

Dubay, İstanbul, Bakı. İddialıyıq!

Image


Son günlər ərzində TV-lərimiz, radio kanalları və onlayn mediada tez-tez rast gəldiyimiz yeni bir ifadədir. Artıq insanlarımızın çoxu bu ifadəni mənimsəyib, nə anlama gəldiyini bilir və ölkəmiz üçün yeni bir perspektivin açıldığının fərqindədir. Bəli, Azərbaycan neft qiymətlərinin aşağı düşməsi fonunda iqtisadiyyatını xilas etmək üçün daha bir pəncərə açmış durumdadır. Təbii ki, ilk dönəm üçün bu pəncərə çox böyük bir imkan kimi görünməyə bilər. Amma zamanla elə bir nəhəng imkana çevriləcək ki, ölkənin gəlirlərinin önəmli bir hissəsi məhz bu təşəbbüsə bağlı olacaq.

Baku Shopping Festival – Bakı Alışveriş Festivalı. Sadə bir sxem və əlverişli təkliflər üzərində qurulmuş uzunmüddətli yeni təşəbbüs. Elə bir təşəbbüs ki, burada həm alıcı-vətəndaşlarımız, həm də dövlətimiz çox ciddi gəlir əldə edə biləcək.

Təşkilatçılar artıq bu sxemin iş prinsipi haqqında bilgi verib. Biz də bir balaca aydınlıq gətirək ki, hələ də sualları olan insanlarımız bunun nə anlama gəldiyini tam təsəvvür edə bilsin.

Alışveriş Festivalı 10 apreldən başlayaraq 10 mayadək davam edəcək böyük bir ticarət və xidmət kampaniyasıdır. Burada əsas həmişəkindən fərqli olaraq yüksək faizli endirimlərdir. İkinci vacib məqam isə 100 manatın üzərində alışveriş edənlərin 18 faizlik ƏDV-ni geri ala bilməsidir. Məsələ tam aydın olsun deyə belə bir örnəyə baxaq: tutaq ki, siz adi günlərdə min manatlıq bir mal alırsınız. Burada hər şey aydındır. Min manatı verdiniz, malı aldınız və iş bitdi. Bu Alışveriş Festivalı günlərində isə hətta bu məbləğin yarısı qədər qazancınız ola bilər. Eyni malı bugünlərdə alsanız satıcı sizə 30 faizdən bəzi hallarda 80 faizədək endirim təklif edəcək. Ortalama 50 faizin üzərində dayansaq, min manatlıq malı 500 manata ala biləcəksiniz. Hələ bu da hamısı deyil. Əlavə olaraq o 500 manatın ƏDV kimi ödədiyiniz 18 faizini də geri alırsınız. Bu isə daha 90 manat deməkdir. Ümumi hesabla alıcı bu cür alışveriş zamanı min manatlıq malı cəmi 410 manata almaqla düz 590 manata qənaət etmiş olur.

Başqa bir məqam. Festival Azərbaycanda – Bakıda keçirilir. Amma bu heç də o demək deyil ki, yalnız Azərbaycan vətəndaşları üçündür. Festival beynəlxalq səviyyəli, özünəqədərki analoqları səviyyəsində təşkil edilib. Yəni məqsəd sadəcə alıcılarımızın endirimli kampaniyalardan yararlanması, ticarəti təşviq etmək deyil. Daha və heç də az önəmli olmayan məqsəd həm də ölkəyə turist axınını təşviq etməkdir. Bir qayda olaraq belə festivallar xarici ölkələrdən turistlərin kütləvi şəkildə gəlişini də təşviq edir. Bu isə ticarətlə bərabər turizm sektorunun əlavə stimul qazanması, onun da öz növbəsində xidmət sektoruna təkan verməsi deməkdir.

Bakı Alışveriş Festivalı ticarət üzərindən hərəkət edərək turizmi və xidmət sektorunu canlandırmaq, insanlarımız üçün əlavə iş yerlərinin təşkili, dövlət büdcəsinə hər il kəskin şəkildə artan valyutanın daxil olması deməkdir. Rəqəmlərlə ifadə etsək, hələlik təşkilatçılar builki dövriyyənin 50 milyon olacağını xəbər verir. Gələcək illərdə isə bu rəqəm sürətlə yüksələcək.

Təcrübəyə baxaq.

Belə festivallar bizə yaxın coğrafiyada, artıq hər kəsin turizm, ticarət və xidmət sahəsində yaxşı tanıdığı Dubayda keçirilir. Təməli 1996-cı ildə atılmış festival dövlətin geniş qatılım və güzəşt siyasəti nəticəsində baş tutsa da artıq bu il 22-cisi keçirilmiş Dubay Alışveriş Festivalı nəinki dövlət dəstəyinə ehtiyac duymur, əksinə, dövlət büdcəsinə çox böyük rəqəmlərlə ifadə edilən fayda verir.

Rəqəmlərə baxaq.

1996-cı ildən bugünə qədər Alışveriş Festivalı üçün Dubaya gələn xarici turistlərin sayı nə az, nə çox, düz 56 milyon nəfər olub. Söhbət cəmi bir ay çəkən Festival günlərindən gedir. Nəzərə alsaq ki, hər festival 1 ay çəkir, deməli, 22 festival 22 ay edəcək. 22 ay ərzində 56 milyon turistin bir ölkəyə gəlməsi o ölkə üçün ağlagəlməz valyuta gəlirləri deməkdir. 56 milyonu 22 aya böləndə ortalama 2,5 milyondan çox əcnəbi turist deməkdir. İndi təsəvvür edək ki, Azərbaycana da bir ay ərzində 2 milyondan çox turist gəlir. Hər turistin ən azı 500 manat xərcləmə ehtimalını nəzərə alsaq, ümumi nəticə 1 milyard manat olacaq. Böyük rəqəmdir, deyilmi?

Bura onu da əlavə edək ki, Dubay Alışveriş Festivalına qatılan ticarət və xidmət mərkəzlərinin sayı sonuncu dəfə 6 mindən yuxarı olub. Alışveriş və xidmət nəticəsində dövr edən maliyyə həcmi isə milyardlarla dollar səviyyəsində ölçülür. Yenə də xatırladaq ki, söhbət bir aylıq Festival günlərindən gedir.

Dubaydan sonra 2011-ci ildə Türkiyənin İstanbulu da bu təşəbbüsə qoşulub. Bu il 7-cisi keçiriləcək İstanbul Alışveriş Festivalı da minlərlə ticarət nöqtəsinin milyonlarla müştəriyə xidmət etməsilə diqqət çəkir. Yəni bu şəhər də Dubayın ardından əlverişli şərtlərlə ticarət və xidmət imkanları təklif etməklə həm yeni iş yerlərinin açılmasını, həm də ölkənin turizm imkanlarını genişləndirməyi hədəfləyir. Hədəfə çatmaq isə heç də çətin olmur. Hər keçən il bu yöndəki rəqəmlər artdıqca artır.

İndi Bakı da bu iki şəhərin yaxşı təcrübəsini mənimsəyərək yeni bir alışveriş mərkəzinə çevrilir. Deməli, yaxın illərdə Azərbaycana turist axınının getdikcə artacağını proqnozlaşdıra bilərik. Paralel olaraq ticarət və xidmət sektoru da fəaliyyətini genişləndirməli olacaq. Bu isə yeni iş yerləri, dövlət büdcəsinə əlavə irihəcmli daxilolmalar deməkdir. Belə olan halda ölkə insanının rifahının da ciddi şəkildə yüksələ biləcəyini əminliklə deyə bilərik.

Bakı, əslində, sadəcə bu Festivalla deyil, ona qədər də bir çox məsələlərdə qlobal mərkəzə çevilib.

Bakı siyasi, iqtisadi, mədəniyyət, humanitar məsələlərin müzakirə edildiyi, dünyaca qəbul edilən qlobal mərkəzdir. Yəni iddialı şəhərdir, iddialarına da layiqdir. Bu iddialar arasına alışveriş festivalının da əlavə edilməsi ümumi işin xeyrinə olmaqla çox gərəklidir. O baxımdan hər bir insanımız Azərbaycan üçün yeni olan bu təşəbbüsün ayaq tutub yeriməsi, ən qısa müddətdə dövlətimizə və vətəndaşımıza gözlənilən faydaları təmin etməsi üçün öz töhfəsini verməlidir. Uğur qapının ağzındadır. Sadəcə onu içəri dəvət etmək lazımdır. Dəvət etsək önümüzdəki 2-3 il ərzində ölkəyə turist axınının ciddi şəkildə artdığını, ticarət və xidmət sektorlarının genişləndiyini, 100 minlərlə əlavə iş yerinin açıldığını müşahidə edəcəyik. Bu isə Azərbaycanın həm də siyasi uğurlarının, qlobal dayaqlarının möhkəmlənməsinə öz töhfəsini verəcək.

Azər HƏSRƏT
[email protected]



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ