Türkiyədə keçirilən Konstitusiya referendumu Avropa Şurası standartlarına cavab verməyib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə ATƏT-in referendumu müşahidə missiyasının açıqlamasında deyilir. Missiyanın rəyində bildirilir ki, 16 aprel referendumunda tərəflər üçün bərabər şərtlər təmin olunmayıb. “İki tərəfin eyni imkanları mövcud deyildi”- deyə açıqlamada bildirilir.
Xatırladaq ki, aprelin 16-da Türkiyədə ölkənin prezident üsuli-idarəsinə keçidilə bağlı Konstitusiya dəyişikliyi üzrə referendum keçirilib. Nəticələr Konstitusiya dəyişikliyini istəyənlərin xeyrinə olub.