Tovuzda dəhşətli hadisə baş verib.
Baki-xeber.com-un FHN-in mətbuat xidmətinə istinadən xəbərinə görə, hadisə rayonun Qovlar şəhəri ərazisində qeydə alınıb. Vidadi Allahverdiyevə məxsus evdə güclü yanğın baş verib. Hadisə yerinə gələn 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsinin səyi nəticəsində alov söndürülüb. Bunun ardınca isə evin həyətində ev sahibi, 1959-cü il təvəllüdlü Vidadi Allahverdiyevin asılmış meyiti aşkarlanıb.
Hazırda rayonun hüquq-mühafizə orqanları bunun intihar, yaxud intiqam olduğunu araşdırır.