Əfqanıstanın paytaxtı Kabil şəhərində terror aktı törədilib.
Baki-xeber.com-un ria.ru-ya istinadən xəbərinə görə, hadisə yerli əhalinin dövlət layihəsinə etiraz məqsədilə keçirdiyi aksiya zamanı törədilib. Nəticədə 80 nəfər həlak olub, 231 nəfər isə yaralanıb. Xəbərə görə, terror aktı 3 intiharçı tərəfindən hazırlanıb, lakin onlardan yalnız biri özünü partlatmağa fürsət tapıb. İkinci intiharçı üzərindəki bombanın partlayıcı mexanizmində problem yarandığı üçün məqsədini həyata keçirə bilməyib, üçüncüsü isə anında təhlükəsizlik gücləri tərəfindən zərərsizləşdirilib.
"Reuters”-in xəbərinə görə, hadisənin məsuliyyətini İŞİD öz üzərinə götürüb.