İrəvanın Erebuni rayonunda polis alayına hücum edərək 1 nəfərin ölümünə, 4 nəfərin isə yaralanmasına səbəb olan, qalan 4 nəfəri 7 gündür girovluqda saxlayan erməni qiyamçısı, "Təsis parlamenti”nin başçısı Varujan Avetisyan girovları azad etməyə razılaşıb.
Baki-xeber.com-un yerli saytlara istinadən xəbərinə görə, yalnız o, bunun qarşılığında mətbuat mərkəzinin yaradılmasını tələb edib. QALA kompaniyasına açıqlamasında Avetisyan deyib ki, ölkənin təhlükəsizlik xidmətinin rəhbəri ilə görüşü olub və bu barədə razılıq əldə olunub. Kompaniyadan verilən xəbərə görə, ilk məlumat mərkəzi QALA-da təşkil olunacaq və qiyamçı dəstə mətbuata sərbəst çıxış əldə edəcək. Razılığın əldə edilməsilə qiyamçılar girovlardan ikisini – gənc zabitləri azad etməyə razılaşıblar. Qalan 2 girov – general və polkovnik isə mətbuat mərkəzi hazır olduqdan sonra buraxılacaq.