Münhen polisi dünən ticarət mərkəzində atışma törədərək 9 nəfərin həyatını itirməsinə səbəb olan şəxsin kimliyini dəqiqləşdirib.
Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, bu, 18 yaşlı, İran əsilli almandır. Bu barədə yerli Süddeutsche Zeitung qəzeti yazıb. Xəbərə görə, o, yalqız vəaliyyət göstərib və sonda da özünü güllələyib.
Xatırladaq ki, ötən gecə Münhendə "Olimpiya” ticarət mərkəzində silahlı şəxs insanlara atəş açıb, nəticədə 9 nəfər həlak olub, 20 nəfərdən çox insan yaralanaraq xəstəxanalara qaldırılıb. Onlardan 3-nün vəziyəti xüsusilə ağır qiymətləndirilir.