Münhendə metro stansiyasının yaxınlığında yerləşən "Olimpiya” ticarət mərkəzində atışma olub.
Baki-xeber.com-un ria.ru saytına istinadən xəbərinə görə, nəticədə 9 nəfər həyatını itirib . Şəhərdə fövqəladə vəziyyət elan olunub. Cinayətkarların neçə nəfər olması və şəxsiyyətləri hələlik bəlli deyil. Münhen polisinin açıqlamasında bildirilir ki, şəhərdəki atışmanın "İslam terrorçuluğu” ilə heç bir əlaqəsi yoxdur. Almaniya kansleri Angela Merkelin nümayəndəsi də deyib ki, hələlik Münhendə baş verən atışmanın terakt olduğunu deməyə tutarlı əsas yoxdur.
Xəbərdə o da bildirilir ki, polislər atışma yerinin yaxınlığında bir kişi meyiti də aşkar ediblər. Üzərindəki əlamətlərdən onun zorakılıqla öldürüldüyü aydın görünür.
"Bild” qəzetinin xəbərinə görə, Bavariyanın DİN başçısı İoahim Herrman bəyan edib ki, Ticarət Mərkəzində atəş açan şəxsin bir nəfər olduğu ehtimal edilir.