"Azərbaycan bəlkə də dünyada yeganə ölkədir ki, jurnalistlər dövlət hesabına mənzillərlə təmin edilir. Bilirsiniz ki, 2013-cü ildə jurnalistlərə 156 mənzil verilib, cari ilin sonuna isə daha 256 mənzilin jurnalistlər arasında bölüşdürülməsi məsələsinə baxılacaq”.
Movqe.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov milli mətbuatımızın yaranmasının 141-ci ildönümünə həsr olunmuş mərasimdəki çıxışında deyib. Ə. Həsənov bildirib ki, ümid edirik ki, bu, hələ son deyil.