İrəvanın Erebuni rayonunda silahlı qrupun polis alayına hücumu və polisləri girov götürməsinin ardından başlayan etiraz aksiyasının zor gücünə dağıdılması Qarabağla bağlı narahatlıqların artmasına rəvac verib.
Baki-xeber.com-un yerli saytlara istinadən xəbərinə görə, hadisələrin ardından Xorenasi küçəsinəyenidən toplaşan insanlar qarşısında çıxış edən Ruben Axverdyan deyib ki, bu dəfə də hakimiyyətə qarşı ümumxalq hərəkatını təşkil edə bilməsək, Qarabağı itirəcəyik. O deyib ki, bizim problemimiz, türklərlə yanaşı, həm də ruslarladır ki, bir güllə atan kimi televiziyaları bizi terrorçu adlandırır. "Terrorçu onlar (Rusiya) özləridir ki, ölkələri əsarət altında saxlayırlar”- Axverdyan deyib.
Qeyd edək ki, Ermənistanda antirusiya ovqatı aprel müharibəsindən sonra başlayıb və Qarabağ danışıqlarının obyektivləşməyə meyllənən son durumu bu ovqatı da gücləndirməkdədir.