Almatıda polislərə hücumda şübhəli bilinən şəxs bunu qisas məqsədilə etdiyini etiraf edib.
Baki-xeber.com-un ria.ru-ya istinadən xəbərinə görə, bu barədə Qazaxıstanın daxili işlər naziri Kalmuxanbet Kasımov məlumat verib. Onun sözlərinə görə, terror aktından öncəki gecə iki dəfə məhkumluq həyatı yaşamış şübhəli şəxs Özbəkistan vətəndaşı olan qadını öldürüb. Kasımov onu da bildirib ki, həmin şəxs ifadə verərkən hüquq-mühafizə orqanlarına nifrətini içində saxladığını deyib. Qazaxıstan DİN başçısı deyib ki, şübhəli şəxsin üzərində cərrahiyyə əməliyyatı aparılandan sonra həkimlərinicazəsi və vəkilin iştirakı ilə dindirilib.
DİN-dən o da bildirilib ki, ümumilikdıə 5 il 11 ay həbsdə qalan saxlanan şəxs islaholunmaz məhbus kimi tanınıb.
Xatırladaq ki, Almatıda naməlum şəxs polis idarəsinə və yerli Təhlükəsizlik departamentinə hücum edib. Nəticədə 5 nəfər həlak olub, 7 nəfər ağır vəziyyətdə xəstəxanaya qaldırılıb. Prezident Nursultan Nazarbayev baş verənləri terror adlandırıb və ölkə əhalisini provokasiyalara uymamağa çağırıb.