Tez-tez beynəlxalq festivallarda və müxtəlif tədbirlərdə çıxış edən Azərbaycan aşıqlarının növbəti səfəri Xorvatiyayadır.
Bu barədə "Bakı-Xəbər”ə məlumat verən Aşıqlar Birliyinin katibi, Əməkdar Mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, iyulun 19-da yola düşəcək qrupa Azərbaycan Aşıqlar Birliyinin beynəlxalq məsələlər üzrə katibi, Əməkdar İncəsənət Xadimi Sənubər Bağırova rəhbərlik edir. Qrupda Şirvan aşıqlarından Əməkdar Mədəniyyət İşçisi Ağamurad İsrafilov, Vüqar Mahmudoğlu və Əli Tapdıqoğlu təmsil olunur. Onları Qənimat Qədirov, Baxış Binyatov (balaban), Şöhrət Əliyev (nağara) və Şəmsi Fətəliyev müşayiət edəcək. Aşıqlarımız iyulun 20-24-də Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçiriləcək 50-ci Beynəlxalq Folklor Festivalında iştirak edəcək, burada ayrı-ayrı proqramlarla 3 konsert verəcəklər.
İRADƏ