Türkiyədə çevriliş cəhdinin uğursuzluqla nəticələnməsinin ardından hərbi helikopterlə Yunanıstana qaçan 8 hərbçi bu ölkənin prokurorluğunda ifadə verib.
Baki-xeber.com bu barədə Anadolu Agentliyindən məlumat əldə edib. Məlumatda deyilir ki, ittihamın oxunmasının ardıdan qiyamçılar Ferecek həbsxanasına aparılıblar. Sabah onlar məhkəmə qarşısında duracaq. Müdafiə tərəfi məhkəmədən onlar barəsində 48 saatlıq müddət tələb etmək fikrindədir.