İstanbulun təhlükəsizlik xidmətinin rəisi şəhər səmasında görünən istənilən helikopteri xəbərdarlıqsız vurmaq əmri verib.
Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, şəhərə 1800 nəfərlik əlavə xüsusi xidməl qüvvələri yeridilib. Qonşu əyalətlərdən gətirilən xüsusi təyinatlılar İstanbulun strateji əhəmiyyətli obyektlərinə və küçələrə təhkim olunub. Eyni zamanda şəhərə əlavə texnika yeridilib.
Təhlükəsizlik tədbirləri dünən şəhərin ikinci böyuk beynəlxalq aeroportu olan Sabiha Gökçende keçirilən və 11 nəfər şübhəlinin tutulması ilə yekunlaşan xüsusi əməliyyatın ardından gücləndirilib.