Türkiyədə NATO-nun "İncirlik” hərbi bazasının rəisi Bekir Erkan Van gözaltına alınıb. Onun baş tutmayan çevriliş cəhdində əli olduğu bildirilir.
Baki-xeber.com-un "Reuters”-ə istinadən xəbərinə görə, Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu bildirib ki, ABŞ-ın İŞİD-ə qarşı istifadə etdiyi sözügedən bazanın hərbçilərinin çevriliş cəhdində iştirak etdiyi ortaya çıxıb.
Təhqiqatlar davam edir.