Türkiyə Xarici İşlər Nazirliyi iyulun 15-dən 16-na eçən gecə ölkədə baş verən çeriliş cəhdi zamanı ölən və yaralananların sayını açıqlayıb.
Baki-xeber.com-un yerli KİV-ə istinadən xəbərinə görə, sözügedən hadisələr zamanı 190 nəfər həlak olub. Qiyamçılar isə 104 nəfər itki verib. Rəsmi açıqlamada hadisə nəticəsində yaralananların da sayı açıqlanıb – 1400 nəfər.
Hadisələrin ardından başladılan xüsusi əməliyyat nəticəsində 6000-ə yaxın şəxs gözaltına alınıb. Onlar arasında onlarla yüksək çinli dövlət məmuru var.