İrəvanın Erebuni rayonunun polis idarəsinin etirazçılar tərəfindən tutulması ilə əlaqədar artıq 200-ə yaxın insan polis idarəsinə aparılaraq dindirilib.
Baki-xeber.com-un "interfax”a istinadən xəbərinə görə, hüquq-mühafizə orqanları hazırda 6 polis məmurunu girovluqda saxlayan etirazçıların kimlərlə əlaqələri olduğu araşdırır. Respublika polisi başçısının müavini Unan Poqosyan jurnalistlərə açıqlamasında deyib ki, Azadlıq meydanından insanların polis bölmələrinə gətirilərək dindirilməsi qanuni əsaslarla aparılıb. Hələlik danışıqların getdiyini deyən polis səlahiyyətlisi onu da bildirib ki, xüsusi xidmət bölüyü hələ də döyüşə hazırlıq vəziyyətindədir, lakin onların etirazçılara hücum etməsilə bağlı əmr verilməyib.Poqosyan onu da deyib ki, qarşıdurma nəticəsində yaralanan polis məurlarından ikisinin vəziyyəti xüsusilə ağır, iki nəfərinki isə ağır qiymətləndirilir.
Hazırda üsyançılar girovluqda 6 polis məmurunu saxlayır ki, onlar arasında Pespublika polisinin rəis müavini, general-mayor Vardan Yegiazaryan və İrəvan polisinin rəis müavini, polkovnik Valeri Osipyan da var.
Xatırladaq ki, dünən səhər saatlarında İrəvanın Erebuni rayonuna silahlı basqın edərək idarədəkiləri girov götürən etirazçılar iyunun 20-də həbs olunan müxalifət lideri Jirayr Səfilyanın azad olunmasını tələb edir.