Türkiyədə iyulun 15-dən 16-na keçən gecə baş verən hadisələrin ardından barəsində "başı kəsildi” xəbəri çıxan əsgər mətbuata danışıb.
Bakixeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, sosial şəbəkələrdə fotosu yayımlanan, hansısa məqsədlə barəsində ölüm xəbəri yayılan 1993-cü il təvəllüdlü Burak Salıvermez deyilənlərə qəti etiraz edib. Bildirib ki, sosial şəbəkədə fotosunu görərkən çox hiddətlənib. Xatırladaq ki, həmin fotonun altında "Başı kəsilərək qətl edilən övladımız, vətənimizin övladı. Üzündəki o gülüşə baxmağa utanıram. Bu ana quzusuna qıyanlar hesab verməlidir” sözləri yazılıb. Agentliyin müxbirinə açıqlamasında Salıverməz bu olaydan çox üzüldüyünü, ailəsinin böyük sarsıntı keçirdiyini bildirib və barəsində yalan xəbər yayanlarla məhkəmədə görüşəcəyini deyib.