İrəvanda müxalifət tərəfindən ələ keçirilən Erebuni rayon polis idarəsi hələ də qiyamçılardan azad olunmayıb.
Baki-xeber.com-un yerli KİV-ə istinadən xəbərinə görə, Ermənistan polisinin rəis müavini Unan Poqosyan jurnalistlərə açıqlamasında danışıqların davam etdirildiyini bildirib. O deyib ki, qiyamçıların yeganə tələbi liderləri Səfilyanın həbsdən azad olunmasıdır. Polis rəisi onu da deyib ki, kompromisə gəlməsələr müxalifətçiləri zərərsizləşdirəcəklər.
Qeyd edək ki, bu hadisədə artıq qan tökülüb. Belə ki, bir polis polkovniki həlak olub, 3 nəfər yüksək rütbəli məmur isə güllə yarası alıb.