İstanbulun Sabiha Gökçen Hava Limanında təhlükəsizlik qüvvələrilə qiyamçılar arasında toqquşma olub.
Baki-xeber.com-un DHA-ya istinadən xəbərinə görə, yalnız təhlükəsizlik qüvvələrinin xəbərdarlıq atəşindən sonra qiyamçıların müqavimətini qırmaq mümkün olub. Qiyamçılar gözaltına alınıb.
Xatırladaq ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Cəhdin qarşısı alınsa da, 290 nəfər həyatını itirib.
Hadisələrin ardından 6000-dən yuxarı şəxs həbs olunub.