çərşənbə axşamı günü, 03 noyabr 2026
     

KİVDF «Azərsu» rəhbərliyi ilə media rəhbərlərinin geniş görüşünü keçirdi

Image


Martın 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və «Azərsu» Açıq Səhmdar Cəmiyyətinin (ASC) birgə təşkilatçılığı ilə «Dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi» mövzusunda konfrans keçirilib.

Konfransda Fondun icraçı direktoru Vüqar Səfərli, «Azərsu» ASC-nin sədri Qorxmaz Hüseynov, habelə ölkədə fəaliyyət göstərən 30-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə 31 mart- Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

«Azərsu» ASC-nin sədri Qorxmaz Hüseynov qonaqları salamlayaraq kütləvi informasiya vasitələrinin dövlət və cəmiyyət həyatındakı müstəsna rolundan söz açıb. Rəhbəri olduğu qurumun media ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini deyən Q.Hüseynov Fondun dəstəyi ilə keçirilən görüşün ictimaiyyətin «Azərsu» ASC-nin fəaliyyəti və həyata keçirdiyi layihələr barədə dolğun şəkildə məlumatlandırılması baxımından müstəsna əhəmiyyətə malik olduğunu bildirib: «Bütün dövlət təşkilatları kimi «Azərsu» ASC-nin də fəaliyyətinin ictimaiyyətə çatdırılmasında media başlıca rol oynayır. Cəmiyyətimizin əsas məqsədi istehlakçıları keyfiyyətli və dayanıqlı içməli su və kanalizasiya xidmətləri ilə təchiz etməkdir. Bu sahədə istehlakçıların qarşılaşdığı problemlərin aşkarlanması və bizə çatdırılmasında mətbuat orqanlarının üzərinə böyük vəzifə düşür. Mətbuatla əməkdaşlığın daha da genişləndirilməsi son nəticədə ümumi işin xeyrinədir və istehlakçıların maraqlarına xidmət edir».

Daha sonra görüşün məqsədi barədə danışmaq üçün söz Fondun icraçı direktoru Vüqar Səfərliyə verilib. İcraçı direktor V.Səfərli konfrans iştirakçılarını salamlayaraq tədbirin təşkilinə verdiyi dəstəyə görə «Azərsu» ASC-nin rəhbərliyinə təşəkkürünü bildirib və qurumun ölkənin su təsərrüfatının yenidən qurulması sahəsində həyata keçirdiyi layihələri yüksək qiymətləndirib.

V.Səfərli daha sonra ölkə rəhbərliyinin kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin təmini, habelə fikir, söz və məlumat azadlıqlarının yüksək səviyyədə təminatı sahəsində ardıcıl tədbirlər həyata keçirdiyini xatırladıb. Fondun icraçı direktoru KİV-ə dövlət qayğısının sistemli və ardıcıl şəkildə həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci ildə imzaladığı müvafiq sərəncamla Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyasının təsdiq edildiyini xatırladıb. V.Səfərli, həmçinin, Konsepsiyadan irəli gələn vəzifələrin gerçəkləşdirilməsi üçün ölkə başçısının 3 aprel 2009-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradıldığını qeyd edib.

İcraçı direktor bildirib ki, Fondun yaradılmasında başlıca məqsəd ölkədə fikir, söz və məlumat azadlıqlarının daha da genişləndirilməsi, KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, ölkə jurnalistlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, yaradıcı əməyinin stimullaşdırılması və sosial vəziyyətlərinin yaxşılaşdırılması olub. V.Səfərli ötən 7 ildə Fondun bu və digər istiqamətlərdə həyata keçirdiyi prioritet layihələr barədə də ətraflı məlumat verib.

Çıxışını davam etdirən icraçı direktor Fondun Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasına müvafiq olaraq mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə dövlət qurumları ilə birgə tədbirlər və fərdi jurnalist yazıları müsabiqələri təşkil etdiyini, «Azərsu» ASC-də keçirilən konfransın qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə sanballı töhfə verəcəyini vurğulayıb.

Konfransda geniş məruzə ilə çıxış edən «Azərsu» ASC-nin sədri Q.Hüseynov ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə son illər paytaxt Bakıda və respublikanın digər şəhər və rayonlarında su təsərrüfatının müasirləşdirilməsi, istehlakçıların fasiləsiz, dayanıqlı və keyfiyyətli içməli su ilə təminatı məqsədilə reallaşdırdığı çoxsaylı layihələr barədə məlumat verib. Tarixə ekskurs edən Q.Hüseynov 2017-ci ildə «Şollar» su kəmərinin 100 illik yubileyinin keçiriləcəyini bildirməklə yanaşı, ulu öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə - ötən əsrin 70-80-cı illərində respublikanın su təsərrüfatının inkişafı sahəsində həyata keçirilmiş tədbirlərdən söz açıb. «Azərsu» ASC-nin sədri ulu öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə əhalinin içməli su ilə təminatı sahəsində həyata keçirilən layihələrdən söz açıb.

Q.Hüseynov bu islahatların son 13 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə inamla davam etdirildiyini, ölkə əhalisinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə «master-plan»ın hazırlanaraq həyata keçirildiyini vurğulayıb. «Azərsu» ASC-nin sədri Ceyranbatan su anbarının yenidən qurulması, Taxtakörpü su anbarının inşası, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi və digər layihələrin reallaşdırılması nəticəsində paytaxt əhalisinin 80 faizinin keyfiyyətli və fasiləsiz su ilə təmin olunduğunu diqqətə çatdırıb. Q.Hüseynov çıxışında respublika ərazisinda kanalizasiya sistemlərinin yenidən qurulması, yeni yağış kollektorlarının inşası istiqamətində planlaşdırılan qlobal layihələr barədə də ətraflı məlumat verib.

Konfransda çıxış edən «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, «Mövqe» qəzetinin baş redaktoru Rasim Bayramov, «Ekspress» qəzetinin baş redaktoru Qəzənfər Bayramov, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas, «Təhsil Problemləri» qəzetinin baş redaktoru Malik Qurbanov, «Həftə içi» qəzetinin baş redaktoru Sevinc Seyidova və başqaları tədbirin əhəmiyyətini xüsusi vurğulayıblar. Tədbirdə KİV rəhbərlərini maraqlandıran suallar da ətraflı cavablandırılıb.

V.Səfərli bildirib ki, 2009-cu ildən Fonda dövlət büdcəsindən 20 milyon manatdan çox vəsait ayrılıb. İcraçı direktor onu da bildirib ki, Fondun və «Azərsu» ASC-nin rəhbərliyi «Əhalinin içməli su təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər» mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi keçirmək barədə qərar qəbul edib. Qeyd edilib ki, birgə müsabiqənin təşkilində məqsəd Azərbaycanda su təsərrüfatının inkişafı və infrastrukturun yenidən qurulması sahəsində həyata keçirilən tədbirlərin ictimaiyyətə çatdırılmasında peşəkar jurnalist əməyini stimullaşdırmaqdır.

Müzakirələrin sonunda Fondun icraçı direktoru V.Səfərli tədbirin «Azərsu» ASC ilə media qurumları arasında əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini xüsusi qeyd edərək qurumun rəhbərliyinə təşəkkürünü bildirib.

Konfransı yekunlaşdıran «Azərsu» ASC-nin sədri Q.Hüseynov, öz növbəsində, tədbirin və birgə müsabiqənin təşkilinə görə Fondun rəhbərliyinə təşəkkürünü bildirib, həmçinin KİV-lərin iştirakı ilə belə görüşlərin gələcəkdə də keçiriləcəyinə ümidvar olduğunu vurğulayıb.

Onu da qeyd edək ki, «Əhalinin içməli su təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər» mövzusunda keçirilən müsabiqənin məqsədi Azərbaycanda su təsərrüfatının inkişafı və infrastrukturun yenidən qurulması sahəsində həyata keçirilən tədbirlərin ictimaiyyətə çatdırılmasında peşəkar jurnalist əməyini stimullaşdırmaqdır.

Müsabiqə aprelin 1-dən başlayaraq mayın 20-dək davam edəcək.

Müsabiqəyə təqdim olunmuş ən yaxşı yazıların müəllifləri mükafatlandırılacaq. Belə ki, birinci yer 1000 manat (bir yazı), ikinci yer 800 manat (iki yazı), üçüncü yerin qalibi isə 600 manat (üç yazı) mükafatlandırılacaq.

Bundan əlavə, 10 yazı müəllifinə həvəsləndirici mükafat (200 AZN) veriləcək. Qaliblər, həmçinin, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və «Azərsu» Açıq Səhmdar Cəmiyyətinin xüsusi diplomu ilə təltif olunacaq.

Müsabiqənin şərtləri ilə daha yaxından KİVDF-nin saytında (www.kivdf.gov.az) tanış olmaq olar.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 13:09
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ