çərşənbə axşamı günü, 03 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Azərbaycan - multikulturalizm məkanı: BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ölkəmizə nə vəd edir?
Tarix: 31.03.2016 / 01:29
Bölmə: Gündəm
Azərbaycan qollu-budaqlı, nəhəng şaxəli bir ağacdır. Bu ağacın hər budağında, hər şaxəsində müxtəlif mədəniyyətlər bəhrə verir. Milli, dini, mədəni müxtəlifliyin ünvanı olan Azərbaycan dünyada multikulturalizm, tolerantlıq mərkəzi kimi tanınır. Bu gün Azərbaycanda heç bir millətin nümayəndəsi, sağlam dinlərin təmsilçisi problemlə üzləşmir.
Onların fəaliyyəti, təhsili, təmsil etdikləri mədəniyyət tanınır və bunun üçün onlara böyük şərait yaradılıb. Ölkəmiz beynəlxalq aləmdə multikulturalizm modelinə sahib bir dövlət kimi tanınır və təqdir edilir. Bilirik ki, multikulturalizmi bir dəyər sisteminə çevirən dövlətimiz ölkəmizdə yaşayan bütün xalqlara, toplumlara eyni gözlə baxır. Məlum olduğu kimi, Azərbaycanda çoxmədəniyyətliliyin inkişafı istiqamətində aparılan məqsədyönlü siyasətin nəticəsində bu gün müxtəlif mədəniyyətlərin təmsilçiləri Azərbaycanın siyasi, iqtisadi və mədəni elitasında təmsil olunur, ölkənin həyatında əsaslı dəyişikliklər və inkişaf prosesində yaxından iştirak edir və bundan qürur duyurlar.
Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyevin qeyd etdiyi kimi, yeni geosiyasi düzən dönəmində slavyançılıq, avrasiyaçılıq, islam, türkçülük, Avropa dəyərləri və s. axınların kəsişməsində yerləşən çoxmillətli Azərbaycanın tolerant mühiti multikulturalizm və dözümlülük dəyərlərinin fövqündə ölkəmizi bütün dini və siyasi baxışlara sahib, müxtəlif mədəniyyətlərə mənsub xalqların vahid dialoq mərkəzinə çevirir: "Məlum olduğu kimi, Azərbaycanın son illər tutduğu prinsipial mövqe, dövlət başçısının qətiyyətli siyasəti, azərbaycançılıq ideologiyasının əminamanlıq, bərabər imkanlar, həmrəylik kimi dəyərlərə sadiq qalması respublikamızı sivilizasiyaların qarşılıqlı əməkdaşlığını təmin edən unikal bir dövlətə çevirib. Bir sözlə, əminliklə qeyd etməliyik ki, müasir Azərbaycanda tolerantlıq və multikulturalizm ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının dəyərlər sisteminin tərkib hissəsidir".
Bildiyimiz kimi, indiyə qədər respublikamızda multikulturalizmlə bağlı saysız beynəlxalq tədbirlər keçirilib. Bu ilin aprel ayının 25-27-də Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu da bu səpkidə olan tədbirlərdəndir və onun ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzuna müsbət təsir göstərəcək. Bu forumun keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti böyükdür. Bu forumda Azərbaycanın, onun dövlət siyasətinin, sahib olduğu mədəniyyətin, inkişaf etmiş iqtisadiyyatının, eləcə də ölkəmizin turizm potensialının, ümdəsi isə Qarabağ həqiqətinin dünyaya çatdırılması üçün əlverişli şərait yaranacaq. Sülhün, barışın, əminamanlığın carçısı, tərənnümçüsü, tərəfdarı olan Azərbaycan dövləti Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna böyük önəm verir. Dünyanın diqqəti həmin tarixdə bir daha məmləkətimizə, onun həqiqətlərinə yönələcək. O həqiqət də etiraf ediləcək ki, Cənubi Qafqaz bölgəsində yaşayan bütün xalqlar, respublikalar, dinlərin nümayəndələri sülh, barış içində yaşayır, regionda olduqca zəngin, çoxmillətli, çoxdinli bir palitra formalaşıb, o palitraya xələl gətirən ancaq ermənilərdir. Bölgədə sülhün pozulmasında xüsusi rol oynayan ermənilərin Azərbaycanın ayrılmaz parçası olan Dağlıq Qarabağı və onun ətraf rayonlarını işğal etməsi acı reallıq kimi hər kəsi narahat etməlidir. Ermənilərin Azərbaycan torpaqlarına təcavüzü nəticəsində bölgənin ritmi pozulub desək yanılmarıq.
Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2016-cı il Azərbaycanda "Multikulturalizm ili" elan edilib və bu sahədə silsilə tədbirlər keçirilir. Onu da vurğulayaq ki, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu da multikulturalizm ilinə çox böyük töhfədir. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı arasında 7-ci Qlobal Forumun 2016-cı il 25-27 aprel tarixlərində Bakı şəhərində keçirilməsinə dair 2015-ci il oktyabrın 24-də London şəhərində imzalanan Sazişin təsdiq edilməsi haqqında imzaladığı sərəncam bu sahəyə göstərilən diqqətin nümunəsidir. Sənəddə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə bu sərəncamda göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansına bildiriş göndərmək tapşırılıb.
Qeyd edək ki, ölkə başçısı xeyli müddət əvvəl Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında da sərəncam imzalayıb. Sənəddə vurğulanırdı ki, 2014-cü il sentyabrın 26-da Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı Dostlar Qrupunun Nazirlər Toplantısında Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Azərbaycan Respublikasının paytaxtında keçirilməsi barədə qərar qəbul edilib: "Tolerantlığın məkanı, multikultural ənənələrə sadiq müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanması və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönəlmiş mühüm layihələrin, mötəbər forumların gerçəkləşdirilməsi sahəsində zəngin təcrübəyə malikdir".
Sərəncamda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində yüksək səviyyədə təşkilinin Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun daha da artırılmasında, Azərbaycan xalqının tarixi-mədəni irsinin geniş miqyasda tanıdılmasında əhəmiyyətli rol oynadığı vurğulanır. Bildirək ki, ölkə başçımızın sərəncamı ilə yaradılan Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı il 25-27 aprel tarixlərində Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsinə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Əbülfəs Qarayev sədrlik edir.
Qeyd edək ki, Əbülfəs Qarayev BMT Radiosuna verdiyi müsahibədə BMT-nin Sivilizasiyalar Alyansının bu il aprelin axırlarında Bakıda keçiriləcək VII Qlobal Forumuna hazırlıqdan bəhs edərək vurğulayıb ki, bu Forumun təşkilatçıları sırasına BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Dünya Turizm Təşkilatı, İSESCO və Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlar daxildir. Bu fakt müasir Azərbaycanın mədəniyyətlər arasında körpü salmaq, müxtəlif mədəni ənənələr arasında qarşılıqlı anlaşma səviyyəsini yaxşılaşdırmaq ənənələrinə və imkanlarına pozitiv baxışa dəlalət edir: "Sivilizasiyalar Alyansı Forumunun keçirilməsi bu gün dünyada baş verən bütün prosesləri qiymətləndirməyimiz üçün daha bir addım, daha bir imkandır. Təəssüf ki, bu proseslər heç də həmişə pozitiv xarakter daşımır. Zənnimcə, bu gün dünyada gedən proseslərin çoxu mədəni ənənələri, baxışları, həyat tərzini, hər bir xalqa xas olan və əsrlər boyu formalaşmış müəyyən dini postulatları yetərincə düzgün başa düşməməyin nəticəsidir. Belə ünsiyyət bir-birimizi daha yaxşı anlamağa, münaqişələrin səbəblərini və köklərini təhlil etməyə, bu gün dünyada yaranmış mürəkkəb vəziyyətdən çıxış yolları tapmağa imkan verir".
Dünya üçün böyük əhəmiyyət daşıyan Forumun paytaxtımızda yüksək səviyyədə keçiriləcəyinə heç bir şübhə yoxdur. Rəsmi məlumatlara görə, Azərbaycan Prezidenti İlham Əliyev prezident həmkarlarının çoxuna dəvətnamələr göndərib.
Verilən rəsmi məlumata görə, Qlobal Forum çərçivəsində gənclər üçün də beynəlxalq tədbir keçirilməsi nəzərdə tutulur. Bunun üçün bütün dünyadan həmin tədbirə qoşulmaq arzusunu bildirmiş 7 min nəfər arasından 250 iştirakçı seçilib. Bu işə BMT-nin tərəfdaşları olan biznes strukturlarının, mədəniyyət və mədəniyyətlərarası dialoq sahəsində layihələrin həyata keçirilməsinə kömək edən şirkətlərin də qoşulması gözlənir.
Ə.Qarayev mətbuata görülən işlərdən və qarşıda duran vəzifələrdən danışarkən bildirib ki, Azərbaycan son illər bir çox mədəniyyət, idman və digər sahələr üzrə beynəlxalq tədbirlərə, o cümlədən ənənə halını almış Dünya Mədəniyyətlərarası Dialoq və Bakı Beynəlxalq Humanitar forumlarına layiqincə ev sahibliyi edir: "Aprelin 25-dən 27-dək keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna da ölkəmiz yüksək səviyyədə hazırlaşır. Foruma hazırlıq prosesi son mərhələyə qədəm qoyub. Belə bir mötəbər beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın dünyada artan nüfuzunu bir daha sübut edir".
Ə.Qarayev bildirib ki, Forumun proqramı üzrə iş gedir, demək olar ki, ilkin layihə hazırdır: "Xarici İşlər Nazirliyi ilə birlikdə "Bakı bəyannaməsi"nin layihəsini hazırlayıb BMT-yə təqdim etmişik. Bəyannamə layihəsi bu günlərdə BMT-nin qərargahında müzakirə olunmaqdadır. Layihə alyansın üzvü olan bütün ölkələrin rəsmi nümayəndələrinə təqdim edilib. Sənəddə dünyanı, o cümlədən Azərbaycanı narahat edən bir sıra məsələlər əksini tapıb. "Bakı bəyannaməsi" həm də Forumun gələcək dünya proseslərinə təsirini ortaya qoyacaq".
Nazir diqqətə çatdırıb ki, Forumda iştirak edən qonaqların ölkəmizin mədəniyyət ocaqları, tarixi məkanları ilə tanış olması və Azərbaycanı daha yaxından tanımaları üçün mədəni proqramlar da təşkil olunacaq. Həmçinin gələn qonaqlarla ali məktəblərdə də görüşlərin təşkili nəzərdə tutulur".
Məlum olduğu kimi, Azərbaycan Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamına müvafiq olaraq, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsi ilə bağlı yaradılmış Təşkilat Komitəsinin rəhbəri və üzvləri müxtəlif görüşlər keçirir, tədbirlə bağlı geniş müzakirələr aparır. Rəsmi məlumatlara görə, bu görüşlərdə 25-27 aprel 2016-cı il tarixlərində Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna hazırlıq işləri və Xarici İşlər Nazirliyinin səlahiyyətlərinə aid olan yüksək səviyyəli xarici nümayəndə heyətlərinin protokol təminatı, xarici kütləvi informasiya vasitələri nümayəndələrinin akkreditasiyası, tədbirlə bağlı humanitar və sosial məsələlər, eyni zamanda viza rəsmiləşdirilməsi məsələləri də müzakirəyə çıxarılıb. Rəsmi məlumata görə, Forumda iştirak etmək üçün 200-ə yaxın ölkə və 26 beynəlxalq təşkilata dəvətnamələr göndərilib.
Mətbuatımız yazır ki, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsinin kabinet rəhbəri və sözçüsü N.Saad 7-ci Qlobal Forumun keçirilməsi ilə əlaqədar görülən hazırlıq işlərindən məmnunluğunu ifadə edib və əvvəlki tədbirlərin təşkili haqqında məlumat verərək bir sıra sahələr üzrə təcrübəsini bölüşüb.
Onu da vurğulayaq ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə Bakı şəhərində Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun keçirilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib.
Qeyd edək ki, XX əsrin son illərində dünyanın düzəni dəyişdi. 70 il mövcud olan sovet imperiyası çökdü və respublikalar müstəqillik əldə etdilər. SSRİ-nin süqutu, kommunist rejimi sistemlərinin dağılması nəticəsində öz müstəqilliyini dünyada elan edən dövlətlərdən biri də Azərbaycan Respublikası oldu. Respublikamızın dövlət müstəqilliyi haqqında 18 oktyabr 1991-ci il tarixli Konstitusiya Aktının qəbulundan sonra Azərbaycan parlamenti dünya dövlətləri və beynəlxalq təşkilatlara Azərbaycanın dövlət müstəqilliyinin tanınması ilə bağlı müraciət qəbul etdi. Respublikamız 1992-ci il martın 2-dən BMT-nin bərabərhüquqlu üzvləri sırasında yer tutdu, martın 6-da Nyu-Yorkda Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyi fəaliyyətə başlayıb.
Azərbaycanda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun keçirilməsinin ölkəmiz üçün hərtərəfli əhəmiyyəti böyükdür və hesab edirik ki, bu Forumun bütün dünya üçün faydası böyük olacaq. Çünki dünyanın bir sıra ölkəsindən multikulturalizm məkanı Azərbaycana qonaqlar gələcək və ölkəmizdəki əminamanlığı, sülhü, millətlərin harmoniyasını duyacaq. Azərbaycan dünya üçün tolerantlıq, multikulturalizm evidir və bu evin sakinləri dostluq, qardaşlıq ovqatında yaşayır.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.
DİGƏR XƏBƏRLƏR
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
Tarix: 27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
Tarix: 26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
Tarix: 24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
Tarix: 22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi
Tarix: 20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı -
həm də insan haqları mövzusunda…
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...
Tarix: 29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...
Tarix: 29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...
SON XƏBƏRLƏR
03.11.2026 / 13:09
Bankların arasında şübhəli əməliyyatlara start verildi...
03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı
- Venesuelada bundan dəfələrlə çox qazandıq...
03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı
- VİDEO
03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi
03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi
03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz”
- Şoyqudan Avropaya təhdid kimi mesaj...
03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...
03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda...
- FOTO
03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi
03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi
- FOTO
03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...
03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...
03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...
03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi
03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...
03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...
03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım...
Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...
03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı
02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər
- körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…
02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz
- Aydın QULİYEV yazır...
02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır
- Pentaqon rəhbəri qurban verilə bilər…
02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...
02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” -
müvafiq əməliyyat 2013-cü ildə başlayıb
02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...
02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....
02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi
- seçkiqabağı gözlənilməz qərar verdi...
02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq
02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq?
- İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...
02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır...
Rəsmi Bakının adı çəkilir...
02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub”
- Ermənistandan yeni iddia...
02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...
02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...
02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...
02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır
02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi -
ölkə dərin siyasi böhranda...
02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar...
Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...
02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb
- FOTO
02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?
02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı
02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?
02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir
- Susmaq olmaz...
02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı
02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..
02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...
02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...
02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı
- mərkəz direktoru və meşəbəyi həbs edildi
02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...
02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....
02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...
02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq
– “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”
02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası
- Rizvan Qarabağlı yazır...
02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi
- 23 kq-a yaxın narkotik ələ keçirildi...
02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi
02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI:
SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR
02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb”
- Paşinyan
02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı
02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır"
- Media və Yayım Şurasından xəbərdarlıq...
02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq
02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...
02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi
02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...
02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik"
- Tramp amerikalılara səsləndi
02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər
- İranlı deputat açıqladı…
02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi
- Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…
01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
- VİDEO
01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…
01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib
- FOTO
01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…
01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...
01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...
01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub
- FOTO
01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz"
– Mətbuat Şurasının sədri
01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə
- AQTA araşdırmalara başladı...
01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə
- öncə qəza, ardınca partlayış…
01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…
01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…
01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"???
Daha bu qədər də yox axı...Ağ eləməyin...
01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…
01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
Tarix: 28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi -
Yunanıstan dəstəkləndi...
XƏBƏR ARXİVİ