Daxili işlər naziri, general polkovnik Ramil Usubov Bakının rayonları üzrə polis bölmələrinə yeni təyinatlarla bağlı əmr imzalayıb.
APA-nın məlumatına görə, əmrə əsasən, Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinin rəis müavini Elsevər Qədirov tutduğu vəzifədən azad edilərək Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin rəisi, Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsinin rəis müavini Bayram Alıyev isə Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinin rəisi vəzifəsinə təyinat alıb.