Pentaqon "Rusiya aqressiyasını önləmək” məqsədilə Avropanın şərqində 4,2 min hərbçidən ibarət üçüncü zirehli tank briqadası yerləşdirir. Baki-xeber.com-un RBK-ya istinadən xəbərinə görə, burada, həmçinin, 250 tank, BMP və artilleriya qurğuları yerləşdiriləcək.
Xəbərdə bildirilir ki, Pentaqon Şərqi Avropada hərbi mövcudluğunu 2017-ci ilin fevralında genişləndirməyi planlaşdırır. Pentaqon rəsmisi Laura Sil məsələyə aydınlıq gətirərək bildirib ki, briqada və texnika təmsil etdiyi hərbi təşkilata yeni texnika ilə praktika keçmək imkanı verəcək. "Bu, ən son modernizə olunmuş vasitələrdir və Avropada yerləşdirdiyimiz texnikanın daha modern növlərlə yenilənməsinə imkan verəcək”- o deyib.