Moskvada "İslam dövləti” terror təşkilatının təbliğatını aparan 20 nəfər tutulub. Baki-xeber.com-un xəbərinə görə, bu barədə RİA”Novosti” hüquq-mühafizə orqanlarına istinadən xəbər verib.
Xəbərə görə, onlar Rusiya paytaxtında insanların terror qrupuna cəlb edilməsi yönündə fəaliyyət göstəriblər. Tutulanların üzərindən saxta sənədlər götürüldüyündən hələlik onların hansı ölkənin vətəndaşlığını daşıdığı bəlli deyil. Xüsusi xidmətin xəbərinə görə, qrupa Türkiyədən Rusiyaya gəlmiş İŞİD üzvü başçılıq edib. Xəbərdə o da bildirilir ki, onların Rusiya ərazisində terror aktı törətdikdən sonra Suriyaya qayıtmaq planları olub. Xüsusi xidmət onu da müəyyən edib ki, İŞİD tərkibində Rusiya və Avropada terror aktları törətmək üçün xüsusi bölmə hazırlıq keçir. Həmin bölməyə "Birqollu” ləqəbli Əhməd Çatayevin rəhbərlik etdiyi, bölmədə isə əsasən Şimali Qafqazdan olan şəxslərin yer aldığı xəbər verilir.