çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Lujkovun Azərbaycan diasporuna verdiyi "Bakı" kinoteatrı üçün ciddi təhlükə...

Image


Moskvadakı tarixi "Bakı" kinoteatrı sökülmək təhlükəsi ilə üzləşib. APA-nın Moskva müxbirinin əldə etdiyi məlumata görə, bunu paytaxtın kinoteatrlar şəbəkəsini alan "ADG Group" şirkəti də bildirir.

Belə ki, 2014-cü ilin noyabrında "Bakı" kinoteatrının da daxil olduğu kinoteatrlar şəbəkəsi "Moskino" 39 kinoteatrı auksionda satışa çıxarıb. 39 kinoteatrın hamısına birlikdə 10 mlrd. rubla yaxın (9,579 mlrd. rubl) qiymət qoyulub. Tək-tək kinoteatrı auksionda almaq mümkün olmayıb. "Bakı" kinoteatrını almaq istəyən Azərbaycan diasporu 39 kinoteatrı birdəfəlik almalı imiş. Lakin maddi cəhətdən bu qeyri-mümkün olub. Ona görə də auksionda bütün kinoteatrları "ADG Group" şirkətinə daxil olan "Edisonenergo" ASC alıb.

"ADG Group" əldə etdiyi 39 kinoteatrın rekonstruksiyasını həyata keçirmək üçün 40 mlrd. rubl xərcləyəcəyini açıqlayıb. Lakin Rusiya Dövlət Əmlak Departamenti "Moskino"dan fərqli olaraq "ADG Group" qarşısında həmin kinoteatrların rekonstruksiya edilməsi ilə bağlı fərqli şərtlər qoyub. Həmin şərtlərə görə, "Edisonenergo" ASC əldə etdiyi kinoteatrlardan istədiyi kimi istifadə edə bilər. Ona görə də Azərbaycan diasporu üçün önəmli məkan olan, paytaxtın ən mənzərəli yerlərindən birində yerləşən "Bakı" kinoteatrının sökülməsi və oradan Azərbaycan diasporunun çıxarılması təhlükəsi yaranıb. Hər an "Bakı" kinoteatrının faktiki sahibi Azərbaycan diasporunu həmin binadan çıxara bilər.

Bəzi məlumatlara görə, 5 min kv.m əraziyə malik "Bakı" kinoteatrının yerində "Edisonenergo" ASC böyük ticarət mərkəzi tikməyi planlaşdırır. Lakin Azərbaycan diasporu həmin binanın tarixi əhəmiyyət daşıdığını qeyd edir və şirkətlə kinoteatrın satılması üçün danışıqlar aparır.

Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev bildirib ki, "Bakı" kinoteatrı üçün onlardan 20 milyon ABŞ dolları tələb olunur: "Lakin binanın bazar qiyməti bu məbləğdən 3-4 dəfə aşağıdır. Bizim elə maddi gücümüz yoxdur ki, auksionda 39 kinoteatrı alıb, sonra isə "Bakı"nı özümüzə saxlayıb, digərlərini sataq. Məhz bu səbəbdən auksionda iştirak etmədik. Fikirləşdik ki, auksionda qalib gələn kampaniya ilə danışıqlar aparıb, tək "Bakı" kinoteatrını alarıq. "Edisonenergo" ASC-yə qalib gəldiyi auksionda "Bakı" kinoteatrını almaq üçün çəkdikləri xərcdən də artığını ödəməyə hazır olduğumuz söylədik. Lakin onlar bizə baha qiymət dedilər".

İ. Hacıyev bildirib ki, hələ 2004-cü ildə Moskvanın meri Yuri Lujkov Azərbaycan paytaxtının adını daşıyan "Bakı" kinoteatrını Azərbaycan diasporuna verilməsi barədə göstəriş verib: "2005-ci ildən bizə dedilər ki, Moskvanın kinoteatrlar şəbəkəsi ilə bağlı struktur dəyişikliyi olacaq, bundan sonra həmin bina bizə uzunmüddətli icarəyə veriləcək. 2005-ci ildə məlum oldu ki, "Bakı" kinoteatrının binası dövlət müəssisəsi olan "Moskino"nun balansına verilib. 2007-ci ilin iyul ayında "Moskino" ilə "Bakı" kinoteatrının icarəyə verilməsi haqqında müqavilə imzalandı və qeydiyyatdan keçirildi. O vaxtdan keçən müddət ərzində "Bakı" kinoteatrının rekonstruksiyasına tərəfimizdən böyük vəsait qoyulub".

İ. Hacıyev onu da qeyd edib ki, icarə müqaviləsinə əsasən, 2022-ci ilədək "Bakı" kinoteatrı həmin binada qalmalıdır: "Lakin bu müqavilədə bir bənd də var ki, kinoteatrın faktiki sahibi bu bənddən istifadə edib, hər an bu binadan istədiyi kimi istifadə etmək qərarı verə bilər. Artıq kinoteatrın ən böyük zalı "ADG Group" tərəfindən bağlanıb".

"ADG Group"-dan isə APA-ya bildirilib ki, "Bakı" kinoteatrının yerində çoxfunksiyalı sosial mərkəz tikiləcək: "Yeni mərkəz mədəni-təhsil funksiyasını daşıyacaq. Burada həm də kinoteatr, sosial-iaşə obyektləri, geyim, ərzaq malları mağazaları və s. olacaq".

"ADG Group"-dan o da bildirilib ki, kinoteatrın yerində tikiləcək obyekt "Bakı" adlanacaq: "Bakı" mütləq öz tarixi adını və kino nümayişi funksiyasını qoruyub saxlayacaq. Kinoteatrın zalları yenilənəcək. Müasir avadanlıqlarla və oturacaqlarla təmin olunacaq. Həmin bina yenidən rekonstruksiya olunacaq, ətrafdakı qanunsuz tikililər söküləcək. Lokal mərkəzin ümumi funksiyası genişləndiriləcək. Bütün bunlar "Bakı" kinoteatrının yerləşdiyi "Aeroport" və "Sokol" rayonlarının əhalisinin sorğuları əsasında həyata keçirilir. Bundan başqa, yerli sakinlər yeni "Bakı" mərkəzində uşaq-təhsil və mədəniyyət məkanının, ailələrin asudə vaxt keçirməsi üçün yerlərin yaradılması barədə istəklərini bildiriblər".

"Bakı" kinoteatrının Azərbaycan diasporuna satılması müqabilində hansı məbləğin tələb olunması ilə bağlı suala isə "ADG Group"-dan belə cavab verilib: "Biz "Bakı" kinoteatrının satılmasını planlaşdırmırıq. Bizə 2016-cı il yanvarın 12-də kinoteatrı satmaq üçün müraciət olunub, biz isə bundan imtina etmişik".

Şirkətdən bildirilib ki, hazırda kinoteatr "Bakı kinokonsert kompleksi" ASC tərəfindən icarəyə götürülüb: "2016-cı ilin yanvarından bu ASC tərəfindən icarə haqqı ödənilmir. Baxmayaraq ki, bu şirkətin həmin binadan fəaliyyətdə olan üç restoranı və iki kinozalı var. 15 mart 2016-cı il tarixinə "Bakı kinokonsert kompleksi" ASC-nin borcu 4988533,42 rubl təşkil edir. Müqavilənin şərtləri yerinə yetirilmədiyinə görə, məlum icarədarla müqavilə vaxtından əvvəl ləğv oluna bilər".

Qeyd edək ki, "Bakı" kinoteatrının saxlanılması üçün kinoteatrın yerləşdiyi ərazidə yaşayan əhali də müraciətlər ünvanlayıb. Vətəndaşlar "Bakı" kinoteatrında satılan biletlərin digər kinoteatrlarla müqayisədə çox ucuz olduğunu bildirib, obyektin sökülməsinə etiraz ediblər. Dövlət Dumasının Kommunist Partiyasından olan deputatı Aleksandr Potapov Moskva meri Sergey Sobyaninə və Rusiya xarici işlər naziri Sergey Lavrova məsələ ilə bağlı yazılı müraciət də ünvanlayıb.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirilir

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ