Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin yeni vebsaytı (http:/bpqmi.gov.az/) vətəndaşların istifadəsinə verilib.
Baki-xeber.com DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, sayt vasitəsilə vətəndaşlar ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsi, Baş İdarənin səlahiyyətlərinə aid bir sıra digər məsələlər haqqında ətraflı məlumat əldə edə bilərlər.
Saytın elektron xidmətlər bölməsi vasitəsilə Baş İdarəyə elektron olaraq müraciət etmək, həmçinin, müvafiq rüsumları online ödəmək də mümkündür.
Bundan əlavə, ümumvətəndaş pasportu və şəxsiyyət vəsiqəsi haqqında BPQMİ tərəfindən hazırlanmış xüsusi maarifləndirici videoçarxlar da vebsaytda yerləşdirilib. Həmin videoçarxlarda vətəndaşlara sənədlərin verilmə proseduru vizual olaraq qısa, lakin dolğun izah edilir.