"Taliban”a bağlı terrorçu "Camaatul-Əhrar” qruplaşması Pakistanı yeni terror aktının törədiləcəyilə hədələyib. Baki-xeber.con gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə The Wall Street Journal xəbər dərc edib.
Xəbərə görə, qruplaşmanın bəyanatında deyilir ki, onlar yeni hücum təşkil etməklə yanaşı, həm də baş nazir Nəvaz Şərifə qarşı müharibə elan etmək fikrindədirlər. "Nəvaz Şərifə anlatmaq lazımdır ki, müharibə onun evinin kandarına qədər gəlib” – nəşr ekstremistlərin bəyanatından sitat gətirir. Terrorçular hədə məqsədilə xəbərdarlığa 27 mart tarixində Lahorda özünü partlatmaqla 69 nəfərin ölümünə səbəb olmuş bombaçı-intiharçının fotosunu da əlavə ediblər.
Xatırladaq ki, sözügedən hadisədən sonra "Camaatul-Əhrar” qruplaşması qanlı olayın məsuliyyətini öz üzərinə götürmüşdü.