Şimal Koreya rəhbərliyi ölkə əhalisini ağır iqtisadi vəziyyətə və aclığa hazır olmağa çağırıb. Baki-xeber.com-un xəbərinə görə, bu barədə The Telegraph yazıb.
Xəbərdə bildirilir ki, sözügedən bəyanat Şimali Koreyanın partiya qəzetinin son saylarından birində yer alıb. Ölkədə vəziyyətin bu hala gəlməsi isə ilin əvvəlində Şimali Koreyanın uzaq mənzilli hidrogen bombasının sınaqdan keçirməsilə ona qarşı BMT sanksiyalarının sərtləşdirilməsilə izah olunur. Qəzetin xəbərinə görə, ölkə 90-cı illərin aclığı ilə üzləşə bilər. O zaman ölkədə aclıq quraqlıq üzündən baş vermiş və 3 milyona yaxın insanın həyatdan getməsinə səbəb olmuşdu. Lakin son xəbərdarlığında dövlət qəzeti əhalini ruhdan düşməməyə də çağırır, bildirir ki, "inqilaba gedən yol uzun və əzablıdır”.
Bundan əlavə, nəşr yazır ki, bundan sonra Pxenyan əhalisi dövlət anbarlarına hər ay iki funt düyü təhvil verməli olacaq. The Telegraph eyni zamanda xəbər verir ki, ölkə rəhbərliyi xaricdən 500 milyon ton ərzaq yardımı istəsə də, ötən ay yaşanan bomba hadisəsinə görə bir çox dövlətlər yardımdan imtina edib, nəticədə Şimali Koreya cəmi 17600 ton ərzaq idxal edə bilib.