Kanadada kiçik ölçülü təyyarənin qəzaya uğraması üzündən azı 6 nəfər dünyasını dəyişib. Baki-xeber.com xəbər verir ki, bu barədə CTV telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Xəbərə görə, hava gəmisi Madlen adaları üzərində qəzaya uğrayıb. Təyyarədə 7 nəfərin olduğu bildirilir. Telekanalın xəbərinə görə, təyyarə aeroportun cəmi bir kilometrliyində partlayıb. Kanada polisinin nümayəndəsi Deniel Tibodo bəyan edib ki, təyyarə aeroporta yaxınlaşan zaman idarəetməni itirib. Hazırda polis hadisənin səbəblərini araşdırır. Polisdən o da bildirilib ki, qəza zamanı güclü külək və qar yağışı müşahidə olunub.