ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Brennan Suriya prezidenti Bəşər Əsədin sonrakı tateyinə aydınlıq gətirmək məqsədilə Moskvaya səfər edib. Baki-xeber.com bildirir ki, bu barədə "İnterfax” ABŞ səfirliyinə istinadən xəbər yayıb.
Dipmissiyadan bildiriblər ki, Brennan Suriya çözümündə Əsədin dövlət başçısı postunu tərk etməsinin vacib olduğunu deyib. Amerika tərəfinin fikrincə, "bu addım Suriya xalqının iradəsini əks etdirməklə yanaşı, həm də çözüm prosesini asanlaşdırardı”.
Daha öncə RF XİN başçısının müavini Oleq Sıromolotov bildirmişdi ki, MKİ rəhbəri Brennan martın əvvəllərində Moskvaya səfər edərək ölkə rəhbərliyi ilə görüşüb. Onun, əsasən FTB-də görüşlər keçirdiyi xəbər verilir. Rusiyanın daxili siyasət idarəsində onu da bildiriblər ki, Brennanın Moskva səfəri məxfi xarakter daçımayıb. Bundan əlavə, Rusiyanın 15 mart tarixində Suriyadan HKQ-sini çıxarmaq qərarı verməsinin də Brennanın səfəri ilə heç bir əlaqəsinin olmadığı bildirilir.