"İnsan hüquqları müdafiəçisi İntiqam Əliyevin şərti olaraq azadlığa buraxılması barədə Azərbaycan Ali Məhkəməsinin qərarını alqışlayıram”. APA-nın məlumatına görə, bu barədə Böyük Britaniyanın Avropa naziri Devid Lidinqtonun bəyanatında deyilir.