Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbər vəzifələrinə təyinatlar olub. Trend-in məlumatına görə, martın 29-da Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə İlqar Nazim oğlu Muradov Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının üzvü, İbrahim Əsəd oğlu Alışov isə baş icraçı direktoru vəzifələrinə təyin edilib.
İlqar Muradov 1971-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Texniki Universitetini və Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsini fərqlənmə diplomu ilə bitirib. İ.Muradov müxtəlif rəhbər vəzifələrdə, o cümlədən Milli Depozit Mərkəzinin İdarə heyəti sədrinin müavini, təyinatdan əvvəl isə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsində çalışıb.