ABŞ Azərbaycan Ali Məhkəməsinin İntiqam Əliyevin azad edilməsi qərarını alqışlayır. Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbinin bəyanatında deyilir. Bəyanatda bildirilir: "Biz Azərbaycan hökuməti ilə işdə yeni müsbət addımları səbrsizliklə gözləyirik".
Avropa İttifaqı da Azərbaycan Ali Məhkəməsinin İntiqam Əliyevin azadlığa buraxılması barədə qərarını alqışlayır. Bu barədə Aİ-nin rəsmi saytında yerləşdirilən rəsmi bayanatda bildrilir.
Bəyanata qeyd olunur ki, Ali Məhkəmənin İntiqam Əliyevin azadlığa buraxılması barədə qərarı Azərbaycanın daha bir müsbət irəliləyişdir.
Qeyd edək ki, ötən gün Ali Məhkəmədə Baş prokuror Zakir Qaralovun Hüquq Maarifçiliyi Cəmiyyətinin həbsdə olan sədri İntiqam Əliyevə təyin olunan cəzanın ağır olmasına dair verdiyi əlavə kasassiya protesti üzrə iclas başlayıb. Protestdə cəzanın dəyişdirilməsi məsələsi qoyulub. Məhkəmə İ.Əliyevin barəsində çıxarılmış 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə qərarının dəyişdirilərək ona 5 il müddətinə şərti həbs cəzası verilməsi barədə qərar qəbul edib.