Misirin EgyptAir aviaşirkətinə məxsus İskəndəriyyə-Kipr marşrutu üzrə hərəkət edən təyyarə qaçırılıb. Təyyarə havaya qalxdıqdan qısa müddət sonra qaçırılaraq Cənubi Kiprdəki Larnaka aeroportuna endirilib.
Baki-xeber.com xəbər verir ki, təyyarəni qaçıran şəxs komandiri və sərnişinləri onun tələbləri yerinə yetirilməyəcəyi halda təyyarəni partlatmaqla hədələyib. Məlumat verilir ki, təyyarənin komandiri Qahirədəki dispetçerlərə təyyarənin qaçırıldığı və Kiprdə eniş edəcəyi barədə xəbər verə bilib.
Misir və Kipr mediasının xəbərlərində, sərnişinlər arasında 10 ABŞ və 8 Birləşmiş Krallıq vətəndaşı olduğu bildirilir. Misir Hava Yollarının yaydığı məlumata görə, qaçırılan təyyarədə ekipajla birlikdə 81 nəfər olub.
Üzərində bomba olan şəxs, Kiprdə yaşayan keçmiş arvadı ilə görüşmək üçün bu addımı atdığı və onun İsgəndəriyyə Universitetinin professoru olduğu iddia edilir.
Ilk öncə onun ABŞ-ın Atlanta ştatında müəllim işləyən misirli İbrahim Samah olduğu bildirilib. Ancaq sonradan məlum olub ki, təyyarəni qaçıran İbrahim Samaha deyil, Seyfəddin Mustafa olub. Misir Baş Nazirliyi buna görə, İbrahim Samahadan üzr istəyib.
Kipr prezidenti Nikos Anastasiadis bəyan edib ki, Misirin A320 təyyarəsinin qaçırılması terror aktı deyil. Prezident bildirib ki, həmişə hər şey qadınla bağlıdır: "Girovların azad edilməsi üçün hər şey edilir".
Misir Xarici İşlər Nazirliyinin sözçüsü isə "o terrorçu deyil, axmaqdır. Terrorçular da manyak olur, amma bu qədər axmaq olmurlar. Bu adam axmaqdır" deyə bildirib.
Təyyarəni qaçıran şəxs kiprli keçmiş həyat yoldaşı Mariya Parasxu üçün təyyarədən məktub atıb. Məlumata görə, o, məktubu Kipr polisinə keçmiş həyat yoldaşına çatdırması üçün verib: "Dörd səhifəlik məktub ərəb dilində yazılıb. Təyyarəni qaçıranın həyat yoldaşı polisin müşayiəti ilə aeroporta gəlib və onunla danışmağa çalışacaq".
Kipr hökumət nümayəndələri ilə aparılan danışıqlardan sonra təyyarəsini qaçıran şəxs sərnişinlərər təyyarəni tərk etməyə icazə verib.
Bu yolla 5 əcnəbi və ekipaj üzvləri istisna olmaqla 50 nəfər azad edilib. O da bildirilir ki, təyyarəni qaçıran şəcs Kiprdən siyasi sığınacaq istəyib. Bəzi məlumatlara görə, təyyarəni qaçıran şəxs Misirdəki həbsxanalarda olan qadın məhbusların azad edilməsini tələb edib.
Son məlumatlara görə, təyyarəsi qaçıran Seyfəddin Mustafa qaçmağa çalışarkən həbs edilib.
İsrail ordusundakı mənbələr isə bildirib ki, İsrail təyyarə qaçırma hadisəsindən dərhal sonra təhlükəsizlik tədbirləri çərçivəsində öz hava sahəsində döyüş təyyarələrini havaya qaldırıb.