Vaşinqtonda Konqres binasının turizm mərkəzində - Kapitolidə güllə səsləri eşidilib. Baki-xeber.com-un RBK-ya istinadən xəbərinə görə, bu barədə "Reuters” şahid ifadələrinə əsasən xəbər yayıb.
Xəbərə görə, polis təhlükəsizlik məqsədilə Ağ Evi və Konqres binasını əhatəyə alıb. İlkin məlumata görə, atışma zamanı bir polis nəfəri yaralanıb, ona atəş açan isə saxlanıb. Hadisənin səbəbi barədə əlavə məlumat verilmir.