Biz 27 mart tarixində Pakistanın Lahor şəhərində törədilmiş və uşaqlar olmaqla, çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan terror aktını qəti şəkildə pisləyirik. Bunu baki-xeber.com-a XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
XİN rəsmisi qeyd edib ki, terrorçu-kamikadzenin uşaqların toplaşdığı məkanı hədəf alması xüsusi narahatedici məqamdır: "Biz həlak olanların ailələrinə və qardaş Pakistan xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik".