Azərbaycan, İran və Rusiya XİN başçılarının görüşü gözlənir. Baki-xeber.com-un Vestnik Kavkaza saytına istinadən xəbərinə görə, bu barədə Rusiya XİN başçısının müavini Qriqori Karasin məlumat verib.
Karasinin sözlərinə görə, hazırda Elmar Məmmədyarov, Məhəmməd Cavad Zərif və Sergey Lavrov arasında görüşün formatı dəqiqləşdirilir. "Bəli, belə bir format hazırlanır və gəlin onun zamanını gözləyək” – o deyib.
Görüşün hansı mövzuları əhatə edəcəyi barədə açıqlama verilmir.