Pakistanın şərqindəki Lahor əyalətində uşaq parkında intiharçı-bombaçının özünü partlatması nəticəsində 53 nəfər həlak olub, azı 100 nəfər yaralanıb. Bu barədə baki-xeber.com gazeta.ru-ya istinadən xəbər verir.
Polisin məlumatına görə, partlayış uşaq parkında törədildiyindən, ölənlərin və xəsarət alanların çoxunu uşaqlar və qadınlar təşkil edir. Xəbərə görə, bu gün Pasxa qeyd olunduğundan, parkda qeyri-adi dərəcədə çox insan olub.