Dumanın deputatı Maksim Şinqarkin Suriyanın antik Palmira şəhərinin terrorçulardan təmizlənməsini "İslam dövləti” iləmüharibənin dönüş nöqtəsi adlandırıb. Baki-xeber.com-un bildirdiyinə görə, bu barədə bazar günü "LifeNews” xəbər verib.
"Bu təkcə strateji qələbə deyil, bu, Suriya xalqı üçün vaxtilə Stalinqradın alınması qədər önəmli olan Kursk döyüşüdür”- deputat bildirib. Onun sözlərinə görə, İŞİD-də başıpozuqluq hökm sürdüyündən, onların metodiki müqavimət göstərmək imkanı yoxdur. O üzdən də Suriya ordusu Palmiranı geri ala bildi.