Vyana-London reysilə uçan "EasyJet” kompaniyasına məxsus təyyarə göyərtəsində İŞİD üzvünün olması şübhəsi üzündən Şvehat aeroportunda saxlanıb. Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, bu barədə qadın sərnişinlərdən biri məlumat verib.
Sərnişin qadın ekipaja bildirib ki, yanaşı oturduğu sərnişin İraq vətəndaşıdır və böyük ehtimalla İŞİD üzvüdür. Avstriya XİN-dən veriləm açıqlamaya görə, nəticədə bütün sərnişinlər hava gəmisindən çıxarılıb və təyyarə yoxlamalara məruz qalıb. Əraziyə gələn təhlükəsizlik qüvvələri bütün yükləri yoxlamadan keçirsə də, şübhəli bir şey aşkar olunmayıb. Yoxlamalardan sonra təyyarə adıçəkilən iki sərnişini aeroportda buraxaraq yoluna davam edib.