Cümə axşamı günü, 12 noyabr 2026
     

İran prezidentinin Türkiyəyə rəsmi səfəri başlayıb

Image



İran prezidentinin Türkiyəyə rəsmi səfəri başlayıb. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, Həsən Ruhanini Ankara şəhərindəki Əsənboğa beynəlxalq hava limanında Türkiyənin iqtisadi inkişaf naziri Cövdət Yılmaz və digər dövlət rəsmiləri qarşılayıb. Bundan sonra Cankaya köşkündə İran prezidentinin türkiyəli həmkarı tərəfindən rəsmi qarşılanma mərasimi keçirilib.
İki gün davam edəcək səfər Türkiyə prezidenti Abdullah Gülün rəsmi dəvəti əsasında baş tutur. İran prezidentini səfərdə birinci vitse-prezident İshaq Cahangiri, ali dini rəhbərin ofisinin sədri Məhəmməd Məhəmmədi Gülpeyqani, dövlət başçısının xüsusi köməkçisi Hüseyn Firidun, xarici işlər naziri Məhəmməd Cavad Zərif, mədəniyyət və islami irşad naziri Əli Cənnəti, rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi, neft naziri Bijən Namdar Zəngənə və mədəni miras, əl işləri sənayesi və turizm təşkilatının sədri Məsuda Sultanifər müşayiət edir.
H.Ruhani jurnalistlərə açıqlamasında bildirib ki, Türkiyə İranın çox mühüm qonşusudur və hər iki ölkənin qonşu olması Fars körfəzi, Oman, Qara və Aralıq dənizlərinin bir-birinə bağlanması mənasını verir: "Hər iki ölkə arasında əlaqələrin inkişafı bütün bölgə üçün faydalı olacaq. Türkiyə bölgənin ən əhəmiyyətli ölkələrindən biridir. Hər iki ölkənin ötən illər ərzində son dərəcə yaxşı siyasi və iqtisadi əməkdaşlığa sahib olması məmnunedicidir. Qonşularla əlaqələri gücləndirmək İran hökumətinin ən mühüm prioritetlərindən biridir. Bunun nəticəsi olaraq Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın İrana səfəri zamanı əlaqələrin inkişaf etdirilməsi üçün mühüm mövzularla bağlı fikir mübadiləsi aparıldı və lazımi əməkdaşlıq razılaşmaları imzalandı. Türkiyə səfəri çərçivəsində də bu mövzuların ardını müzakirə etməyi və bir nəticəyə varmağı məqsəd güdürük. Belə ki, enerji sahəsi başda olmaqla nəqliyyat, gömrük, turizm, mədəniyyət, təhlükəsizlik və siyasi sahələrdə mühüm razılaşmalar imzalanacaq. Xüsusilə neft, təbii qaz və elektrik enerjisi sahələrindəki əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılacaq".
İran prezidenti deyib ki, Türkiyə baş nazirinin yanvar ayında gerçəkləşmiş səfəri iki ölkə arasında əlaqələrin səviyyəsinin yüksəlməsi ilə nəticələnib: "Məlum olduğu kimi, Tehranda keçirdiyimiz ikitərəfli görüşdə İran-Türkiyə Strateji Əməkdaşlıq Şurası yaradılıb, nazirlərin müəyyən vaxtlarda bir araya gələrək hər iki ölkə üçün mühüm mövzularla bağlı fikir mübadiləsi aparacaqları yığıncaqlar təşkil etməsi barədə qərar qəbul edilib. Bu səfərdə İran-Türkiyə Strateji Əməkdaşlıq Şurasının ilk toplantısı keçiriləcək. Bu da hər iki ölkənin ikitərəfli əlaqələrini çoxtərəfli inkişaf etdirmək mövzusunda ciddi bir iradəyə sahib olduğu mənasını verir".
H.Ruhani vurğulayıb ki, İran və Türkiyənin son dərəcə mühüm geopolitik mövqedə yerləşdiyini hər kəs dərk edir: "Bu iki mühüm ölkə bir-birinin yanında olduğunda Fars körfəzini və Oman dənizini Qara və Aralıq dənizlərinə rahatlıqla birləşdirə biləcəyimiz mənasını verir. Başqa sözlə, Hind okeanını Atlantik okeanına birləşdirə bilərik deməkdir. Bu səbəbdən hər iki ölkənin əlaqələri yalnız İran və Türkiyə üçün deyil, bütün bölgənin inkişafı üçün böyük əhəmiyyət daşıyır. Bu səfərdə regional mövzularla da bağlı fikir mübadiləsi aparacağıq. Hər iki ölkə İraq və Suriyanın qonşularıdır. Bölgəmizdə mühüm hadisələr baş verir. Çox şükür ki, son aylarda həm İraqda, həm də Suriyada müsbət inkişaflara şahid oluruq. Bütün bu mövzuları Türkiyə ilə müzakirə etməyimiz, dialoqu və əməkdaşlığı davamlı hala gətirməyimiz lazımdır. Bundan əlavə, Şimali Afrika, bütün Orta Şərq və Fələstin də İran və Türkiyənin hər zaman gündəmində olan və məsləhətləşmələr apardıqları mövzulardandır. Radikalizm və terrorizmlə mübarizə İranın son dərəcə əhəmiyyət verdiyi mövzulardandır. Hər iki ölkənin gündəmində həm regional, həm də beynəlxalq mövzular yer alır. Radikalizm və terrorizmlə mübarizə İranın bölgədə və dünyada izlədiyi əhəmiyyətli hədəflərdən biridir. Bütün dost ölkələrlə bu mövzuda dialoqu və əməkdaşlığı sürdürməyi davam etdirəcəyik. Bu gün və sabahkı səfərimdə də radikalizm, terrorizm, məzhəbçilik mövzuları və bunlarla mübarizə üsulları haqda türkiyəli rəsmilərlə fikir mübadiləsi aparacağıq".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:08
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:04
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:03
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ