Gürcüstan Mərkəzi Seçki Komissiyası Tbilisi meri vəzifəsinə seçkilərlə bağlı ilkin nəticələri açıqlayıb.
MSK-nın məlumatına görə, paytaxt üzrə 584 məntəqədən 432-nin nəticələri artıq və hazırkı mer Kaxa Kaladze seçicilərin 71,29 faizini səsini toplayıb. 153 min 479 seçici onun lehinə səs verib. Beləliklə, Kaxa Kaladze yenidən Tbilisinin meri seçilib.
Marneuli şəhəri meri vəzifəsinə isə "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının namizədi Daur İsmayılov seçilib. O, yerli seçkilərdə 94 faiz səs toplayıb.
Marneulidə 81 seçki məntəqəsinin 41-nin nəticələrinə əsasən, soydaşımızın rəqibləri müxalif “Lelo - Güclü Gürcüstan” partiyasının namizədi Əsəd Əliyev 4,7 faiz, “Bizim Vahid Gürcüstan” partiyasının namizədi Əli Bədirov isə 1,4 faiz səs toplayıblar.
TAHİR