Bazar günü günü, 15 noyabr 2026
     

Uşaq kompyuter oyunlarını yaşa görə qruplaşdırmaq və məhdudlaşdırmaq mümkün olacaqmı…

Image


Səbuhi Abbasov: “Hesab edirəm ki, bu müddətə qədər qanun layihəsi bir qədər də təkmilləşdirilməlidir”
“Hər uşaq öz yaş dövrünə uyğun gələn oyunları oynamalıdır”

 

Müasir uşağın əyləncə vasitələri elə də çeşidli deyil. Bu gün onlar arasında sorğu keçirsək ki, asudə vaxtlarınızda nə edirsiniz? Onların yarıdan çoxu “boş vaxtım olanda “iqra” oynayıram” cavabını verəcək. Sirr deyil ki, hazırda uşaqlarımız internet asılılığına düçar olublar.

Onların əksəriyyəti şərait yaranan kimi ya telefona, ya planşetə, ya da kompyuterə daxil olub “iqra” oynayırlar. İnternetdən yüklənən “iqra”lara isə yaş məhdudiyyəti qoyulmur. Uşaq müxtəlif virtual oyun saytlarına daxil olmaqla istədiyi oyunu yükləyib oynaya bilir. Onlara kompyuter salonlarında da heç bir məhdudiyyət qoyulmur, uşaqlar yaşlarından asılı olmayaraq, pullarını ödəyib, oyun yükləyib oynayırlar. Sözsüz ki, bu da olduqca ciddi problemlərə gətirib çıxarır. Son dövrlərdə bir-birinin ardınca yaradılan dəhşət, qorxu məzmunlu oyunlar uşaqların psixologiyasının pozulmasına, yuxularının qarışmasına, onların vahimələnməsinə səbəb olur.

Son zamanlar uşaqların internet oyunlarından istifadəsinə müəyyən qadağalar, limitlər tətbiq edilməsi gündəmdədir. Valideynlər də, müəllimlər də, sosioloq və psixoloqlar da belə hesab edirlər ki, uşaqlarda “iqra” aslılığını aradan qaldırmaq üçün konkret proqram qəbul edilməlidir. Bu proqramla internet oyunlarına müdaxilə edilməli və oyunçular üçün yaş kateqoriyaları müəyyənləşdirilməlidir.   

Artıq, deyəsən, bu məsələ ilə bağlı əlaqədar qurumlar tərəfindən işlər görüləcək. Belə ki, Azərbaycanda kompyuter oyunları istifadəyə verilməmişdən əvvəl “yaşa görə”  işarələnəcək.

Qeyd edilənə görə, Azərbaycan ərazisində dövriyyə və istehlak üçün nəzərdə tutulan kütləvi informasiya vasitələri məhsulları, audiovizual məhsullarla yanaşı, kompyuter və digər elektron oyunların da yaş təsnifatı aparılacaq. Bu məsələ Milli Məclisdə I oxunuşda qəbul edilən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, ölkə ərazisində istehsal olunan kompyuter və digər elektron oyunların işarələnməsi satışa çıxarılmazdan, istehlakçıya təqdim edilməzdən və ya şəbəkəyə yerləşdirilməzdən əvvəl həyata keçirilməlidir. İnformasiya məhsulunun işarələnməsi informasiya məhsulunun istehsalçısı və ya yayıcısı tərəfindən məhsulun və onun qablaşdırılmasının üzərinə müvafiq yaş kateqoriyasına uyğun işarələrdən birinin aydın şəkildə seçilən təsvirini yerləşdirməklə həyata keçiriləcək. Bu zaman "6 yaşadək" yaş kateqoriyasına uyğun olan məhsulların üzərində çevrədə "6-" işarəsi, "6 yaşdan yuxarı" yaş kateqoriyasına uyğun olan məhsulların üzərində çevrədə "6+" işarəsi , "12 yaşdan yuxarı" yaş kateqoriyasına uyğun olan məhsulların üzərində çevrədə "12+" işarəsi, "16 yaşdan yuxarı" yaş kateqoriyasına uyğun olan məhsulların üzərində çevrədə "16+" işarəsi, "18 yaşdan yuxarı" yaş kateqoriyasına uyğun olan məhsulların üzərində rombda "18+" işarəsi verilməlidir.

Bildirilənə görə, informasiya məhsulları ölkə ərazisində dövriyyə və istehlak üçün nəzərdə tutulan kütləvi informasiya vasitələri məhsulları, audiovizual məhsullar, kompyuter və digər elektron oyunlar, habelə mədəni-kütləvi tədbirlər və telekommunikasiya şəbəkəsi vasitəsilə yayımlanan digər informasiya məhsullarıdır. Uşaqlar üçün nəzərdə tutulmuş informasiya məhsulları isə mövzusuna, məzmununa və tərtibatına görə yalnız və ya əsasən yetkinlik yaşına çatmayanlara aid edilən informasiya məhsullarıdır.

Qeyd edək ki, qanunun 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcəyi bildirilir.

Uşaqların internet oyunlarından istifadəsi ilə bağlı nəzərdə tutulan xüsusi işarələnmənin həyata keçirilməsinin vacib olduğunu qeyd edən mütəxəssislərin fikrincə, bu, uşaqlar qarşısına konkret sədlər qoyacaq. Onların fikrincə, bu məsələdə internet klubların, internet oyunlarının satışı ilə məşğul olan müəssisələrin fəaliyyəti xüsusi diqqətdə saxlanmalıdır ki, onlar qoyulan qadağanı pozmağa cəhd göstərməsinlər. Bütün dünyada internet oyunlarından istifadənin xüsusi yaş kateqoriyası çərçivəsinə salınmasının vacib olduğunu deyən İKT üzrə mütəxəssis Səbuhi Abbasovun qənaətinə görə, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun qəbul edilməsi günün, zamanın tələbindən irəli gəlir. O hesab edir ki, qanun qəbul edilənə qədər problem dərindən öyrənilməli, onun bütün detalları nəzərə alınaraq rəsmiləşdirilməlidir. S.Abbasovun bildirdiyinə görə, bu sahədə uzun illərdən bəri yığılıb qalan problemlər mütəxəssislərin dəstəyi ilə bir-bir araşdırılmalı və bitkin bir qanun qəbul edilməlidir.

Azərbaycanda uşaqların zərərli informasiyadan, xüsusilə də dəhşət saçan oyunlardan qorunmasının ən ümdə məsələ olduğunu vurğulayan ekspert qeyd edir ki, yaş işarələmələri tətbiq edilərsə, bundan uşaqlarımız faydalanacaq: “Bu qanun layihəsini təqdir edirəm. Hesab edirəm ki, bu olduqca vacib bir məsələdir. Bu işi çoxdan etmək lazım idi. Çünki bu gün uşaqlarımızın böyük əksəriyyəti internet oyunlarının əsarətindən xilas ola bilmir. Oyunlardan istifadəyə konkret yaş məhdudiyyəti müəyyən edilmədiyindən, uşaqlar asanlıqla saytlara daxil olur və bu “iqra”ları yükləyib oynayırlar, hətta bir-birinə də ötürürlər. Bu da, təbii ki, bir sıra neqativ halların meydana çıxmasına gətirib çıxarır. Uşaqların zərərli informasiyalardan qorunması üçün görülən tədbirlərin sırası genişləndirilməlidir. Bəzən deyirlər ki, uşaqların ziyanlı “iqra”lar oynamasının qarşısını valideyn nəzarəti ilə almaq olar. Yəni valideyn tez-tez oyun cihazlarına nəzarət etsə, onlar ziyanlı oyunlar oynaya bilməz. Axı valideynlərin bir çoxu işləyir, başqa qayğıları var. O nə qədər nəzarət etsə də, bəzən problemi gözdən qaçırır. Hamının arxayın olması üçün konkret qanunun qüvvəyə minməsi vacibdir. Sözügedən qanunun 2020-ci ildə qəbul ediləcəyi gözlənir. Hesab edirəm ki, bu müddətə qədər qanun layihəsi bir qədər də təkmilləşdirilməlidir. İnternet elə bir sahədir ki, ona ancaq müxtəlif əlaqədar qurumların dəstəyi ilə nəzarət etmək olar. Uşaqlarımızın təhlükəsizliyi üçün bu çox vacibdir. Layihədə təklif edilir ki, "6 yaşadək" yaş kateqoriyasına uyğun olan məhsulların üzərində çevrədə "6-" işarəsi, "6 yaşdan yuxarı" yaş kateqoriyasına uyğun olan məhsulların üzərində çevrədə "6+" işarəsi , "12 yaşdan yuxarı" yaş kateqoriyasına uyğun olan məhsulların üzərində çevrədə "12+" işarəsi, "16 yaşdan yuxarı" yaş kateqoriyasına uyğun olan məhsulların üzərində çevrədə "16+" işarəsi, "18 yaşdan yuxarı" yaş kateqoriyasına uyğun olan məhsulların üzərində rombda "18+" işarəsi verilməlidir. Bu çox doğrudur. Bu gün bütün dünyada filmlərin və proqramların nümayişinə tətbiq edilən kateqoriyadır. Hətta elə oyunlar var ki, onlar “18+” kateqoriyası ilə deyil, “21+” kateqoriyası ilə təqdim edilməlidir. Bu çox vacibdir. Əlbəttə, hər uşaq öz yaş dövrünə uyğun gələn oyunları oynamalıdır”.

Qanun layihəsinin məzmununun, bəndlərinin ictimaiyyət tərəfindən müzakirəyə verilməli olduğunu deyən ekspert hesab edir ki, ictimai müzakirələr də ortaya bitkin bir qanunun çıxmasına dəstək ola bilər.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ