Bazar günü günü, 15 noyabr 2026
     

Əntiq əşyaların internet alveri qızışır...

Image


“Mən özüm dəfələrlə “Lalafo”da qədim tarixi əşyaların satışa çıxarılmasını müşahidə etmişəm”
“Onlar daha çox etnoqrafik materialların onlayn satışına önəm verirlər”

 

“Qara bazar” müxtəlif qiymətli əşyalayın, arxeoloji və etnoqrafik nümunələrin qanundankənar satıldığı bir məkandır. Əsrlər uzunu mövcud olan və bu gün müxtəlif profillər üzrə fəaliyyət göstərən qara bazarın artıq internet paneli də formalaşıb. Müasir dövrdə bütün dünyada insanlar onlayn alış-satışdan bəhrələnirlər. Əslində, onlayn satış insanların həyatını müəyyən qədər yüngülləşdirir. Ancaq onlayn satışın xeyli bir qisminin “qara bazar” funksiyasını yerinə yetirməsi bizi qayğılandırmaya bilmir.  

İnternet çoxlarımızın fəaliyyətinin bir hissəsinə çevrildiyi üçün, mütəmadi olaraq müxtəlif internet şəbəkələrində gedən məlumatlarla tanış oluruq. Bəzən qarşımıza elə faktlar çıxır ki, onu ictimailəşdirməyə bilmirik. Onlayn aksion yalnız Azərbaycanda deyil, bütün dünyada geniş yayılıb. Bu normal haldır. Lakin bəzi hallarda bu aksionlarda xalqımızın maddi-mədəni, arxeoloji və etnoqrafik dəyərlərinin, nümunələrinin hərraca çıxarıldığını görmək ürəkaçan hal deyil. Faktdır ki, bu gün onlayn hərraca çıxarılan nümunələr sırasında Azərbaycanın qədim əşyaları, xalçaları, əlyazmaları, fotoları və sairələri var ki, onlar burada çox baha qiymətə satışa çıxarılıb.

Hər bir vətəndaşın əsas vəzifələrindən biri maddi mədəniyyət nümunələrini, maddi və qeyri-maddi irsi qorumaqdır. Lakin bəzi vətəndaşlarımız bu borcu dərk etmirlər.

Bəzi ekspertlər qeyd edirlər ki, bu satışın ölkə daxilində həyata keçirilməsi ilə yanaşı, onların xaricdə onlayn satışı da həyata keçirilir. Ekspertləri təəccübləndirən məsələlərdən biri odur ki, bu əşyalar hansı yolla xarici ölkələrə aparılır və onun satışını xarici vətəndaşlar həyata keçirir. Onların bir çoxu hesab edir ki, Azərbaycanda qaçaqmalçılıqla mübarizə dövlət səviyyəsində həyata keçirilir və müvafiq dövlət qurumları bu sahədə fəaliyyət göstərirlər. Ekspertlərin qeyd etdiyinə görə, ola bilsin, o əşyalar illər əvvəl ölkə sərhədindən çıxarılıb və bu gün əntiq əşya kimi baha qiymətə alıcılara təklif olunur.

Qeyd edək ki, SSRİ dağıldıqdan sonra Azərbaycan muzeylərindən, xüsusən də rayon tarix-diyarşünaslıq muzeylərindən saysız-hesabsız eksponat oğurlanaraq xarici ölkələrə daşınıb. Bu azmış kimi, həmin dövrdə müəyyən adamlar kənd-kənd gəzərək sakinlərə məxsus qədim əşyaları baha qiymətə alaraq xarici ölkələrə satırdılar. Bu faktlar olub. Təəssüflər olsun ki, bu gün də bəzi insanlar qədim arxeoloji abidələrin yerləşdiyi məkanlardan müxtəlif etnoqqrafik əşyaları əldə edərək onları onlayn aksiona çıxarıb satırlar. Bu halla nə qədər mübarizə aparılsa da, “qara bazar” öz şəbəkəsini genişləndirməkdə davam edir.

MİRAS – Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru, maddi irs üzrə mütəxəssis Fariz Xəlilli bizimlə söhbətində bildirdi ki, bu gün bu problemin mövcudluğu müsbət hal deyil. O qeyd etdi ki, əlaqədar qurumlar ölkə daxilində onlayn ticarətə nəzarət etməlidirlər. Xarici aksionlara çıxarılan maddi-mədəni irs nümunələrimizin hansı yollarla xarici onlayn hərraclara çıxarılmasına gəlincə, F,Xəlilli hesab edir ki, xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərimiz bu məsələni ciddi araşdırmalıdırlar: “Hesab edirəm ki, bu məsələ ilə aidiyyəti orqanlar ciddi məşğul olmalıdırlar. Çünki onlayn satış elə bir sahədir ki, daim əlaqədar qurumlar tərəfindən nəzarətdə saxlanmalıdır. Arxeoloji eksponatların onlayn satışı yolverilməzdir. Elə adamlar var ki, ata-babasından qalan mirası satmaq istəyir, bu başqa məsələdir. Ancaq onlar da bu əşyaları xaricə ölkələrə sata bilməzlər. Bu, qanunla tənzimlənən məsələdir və gömrük orqanları o əşyaların ölkədən çıxarılmasına icazə vermirlər. Hətta gömrük qurumları bu əşyaları aşkarladıqda onun ölkədən çıxarılmasının qarşısını dərhal alırlar. Azərbaycana aid etnoqrafik əşyların, xalçaların, digər maddi nümunələrin xaricdə satışı həyata keçirilirsə, həmin ölkələrdə fəaliyyət göstərən səfirliklərimiz bu məsələ ilə ciddi məşğul olmalı, onların hansı yollarla həmin ölkələrə gətirildiyini araşdırmalıdırlar”.   

Onlayn satışın nəzarətsiz bir sahə olduğunu vurğulayan F.Xəlillinin sözlərinə görə, bu da sözügedən neqativ halların meydana çıxmasına şərait yaradır: “Bu gün dünyanın bütün ölkələrində, o cümlədən də Azərbaycanda onlayn ticarətlə məşğul olan saytlar fəaliyyət göstərirlər. Mən özüm dəfələrlə “Lalafo”da qədim tarixi əşyaların satışa çıxarılmasını müşahidə etmişəm. Yaxud bir sıra sosial şəbəkələrdə, o cümlədən də “Facebook”da xüsusi onlayn satış səhifələri var. Orada da tarixi əşyalar satışa qoyulur. Hətta biz o əşyaları satışa çıxaran insanlarla əlaqə saxlayıb bu əşyaların xalqa, dövlətə məxsus olduğunu demişik, yəni bu halın qarşısını almağa çalışmışıq, ancaq bacara bilməmişik. Onlara bu satışın qanunsuz olduğunu bildirsək də, bu işlə məşğul olanlar bunu nəzərə almayıblar. Onlar tunc, saxşı əşyalar, bir sözlə, daha çox etnoqrafik materialların onlayn satışına önəm verirlər. Etnoqrafik materiallar o şəxsin özünə aiddirsə, o yalnız ölkə daxilində satıla bilər, onun xaricə satılması qanunsuzdur. Ancaq vətəndaşın arxeoloji materialı onlayn satışa çıxarması birmənalı olaraq yolverilməzdir, qadağandır”. F.Xəlilli bildirdi ki, bir çox hallarda, əhali həyətyanı sahəsində olan abidələrdə özbaşına qazıntı aparır, oradan çıxan nümunələri “qara bazar”da satışa çıxarırlar. Bu halın mövcud olduğunu təəssüflə qeyd edən MİRAS rəhbərinin sözlərinə görə, bütün hallarda, Mədəniyyət Nazirliyinin bölgələrdəki səlahiyyətli qurumları bu halla mübarizə aparmalıdırlar.

“Bu məsələlər qanunla tənzimlənsə də, bir sıra hallarda əhali bunu nəzərə almır. Tapdıqları əşyaları müxtəlif yollarla ölkə daxilində satmağa çalışırlar. Deyim ki, o əşyaların qanunla ölkədən xaricə çıxarılması mümkün deyil. O əşyaları kimsə çıxarmağa cəhd göstərsə də, bu, gömrük orqanlarının nəzərindən yayınmır və dərhal o əşyalar müsadirə edilir. Sözümün canı odur ki, bu əşyaların ölkədən kənara çıxarılması məsələsi müvafiq qurumlar tərəfindən nəzarətdə saxlanır. Ancaq bizə bəzi şifahi məlumatlar çatır ki, qədim əşyalarımız Gürcüstan, İran və Rusiyanın “qara bazar”ı üzərindən xarici ölkələrə daşınır. Söz-söhbətlərə görə, bu hal qaçaqmalçılıq yolu ilə həyata keçirilir. Ancaq bu, quru söz-söhbətdir, yəni rəsmi şəkildə öz təsdiqini tapmayan məsələdir. Deyim ki, bir neçə dəfə qaçaqmalçılıq yolu ilə qədim əşyaların ölkədən  kənara çıxarılmasına cəhdlər göstərilsə də, bu, gömrük işçiləri tərəfindən aşkar edilib. Hətta gömrüyün müsadirə etdiyi materialların siyahısını onlar nəşr də ediblər. Onlayn satışa gəlincə, oradan da sifariş verilən materialın ölkədən çıxarılması mümkün deyil” - deyən F.Xəlilli qeyd etdi ki, bu gün istənilən dövlət qurumu onlayn satışı internet üzərindən izləyə və qanunsuzluqlara qarşı mübarizə apara bilər. 

Azərbaycanla müqayisədə dünyanın bir çox ölkələrində, o cümlədən də Rusiyada ara arxeologiyanın geniş miqyas aldığını deyən F.Xəlillinin sözlərində görə, arxeoloji materialların ölkədən xaricə çıxarılması mənfi haldır. “Rusiyada ara arxeologiya çox geniş yayılıb və o artıq mütəşəkkil cinayətkarlıq halı alıb. Bizdə isə müəyyən nümunələr var. Bir də görürsən ki, hansısa şəxslər sənə yanaşır və hansısa arxeoloji əşyanı satmaq istədiklərini bildirirlər. Bu hallarda dərhal əlaqədar qurumlara xəbərdarlıq edilir. Ancaq bu gün xarici onlayn aksionlarda satışa çıxarılan o nümunələrin hansı yollarla, hansı şəbəkələr vasitəsilə xaricə çıxarılması təəccüblüdür. Çünki dövlət qurumları bu kimi hallara qarşı kəskin mübarizə aparırlar” - deyə F.Xəlilli vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ