Bazar günü günü, 15 noyabr 2026
     

Müəllimlərin ixtisaslaşmaya cəlb edilməsi gündəmdə...

Image


Məlahət Mürşüdlü: “Burada ixtisaslar üzrə peşəkarlıq səviyyəsinin artırılması nəzərdə tutulur”

Kamran Əsədov: “İxtisaslaşma dedikdə həm keyfiyyətli, həm də hər pillə üzrə konkret kadrın hazırlanması nəzərdə tutulur”

 

Son dövrlər təhsil sahəsində həyata keçirilən tədbirlərin bir qismi orta ümumtəhsil məktəblərində tədrislə məşğul olan müəllimlərin fəaliyyətinin təkmilləşdirilməsinə yönəlib. Məlum olduğu kimi, indiyə qədər müəllimlərin bilik və bacarıqlarının hansı səviyyədə olmasının müəyyən edilməsi üçün diaqnostik qiymətləndirmələr həyata keçirilib. Diaqnostik qiymətləndirmə zamanı yüksək bal toplayan müəllimlərin öz peşə fəaliyyətinə daha məsuliyyətlə yanaşdıqları açıqlanıb.

Müəllimlərlə bağlı yeni bir qərarın da qəbul edilməsi gündəmdədir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyindən bildirilib ki, müəllimlərin əsaslı şəkildə ixtisasartırmaya ehtiyacı var. Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev mətbuata bildirib ki, bu ixtisaslaşma zəruridir: “Müəllimlərin 90 faizdən çoxu diaqnostik qiymətləndirməyə cəlb olunub. Hazırda diaqnostik qiymətləndirməyə hər hansı səbəbdən bu prosesdə iştirak edə bilməyənlər qatılır".

Onun sözlərinə görə, diaqnostik qiymətləndirmənin nəticələri göstərir ki, müəllimlər əsaslı şəkildə ixtisasartırmaya cəlb edilməlidirlər: “Müəllimlər 3-5 ildən bir diaqnostik qiymətləndirmədən keçməlidirlər. Diaqnostik qiymətləndirmə, böyük ehtimalla, müəllimlərin ixtisasartırma təlimləri mexanizminin bir hissəsi olacaq”.

E.Əmrullayev qeyd edib ki, müəllimlərin sertifikasiyası ilə bağlı qaydalar hazırlanacaq: “Bunun üçün isə ilk olaraq bu məsələ qanunvericiliyə daxil edilməlidir”.

Qeyd edək ki, orta ümumtəhsil məktəblərində müəllimlərin böyük əksəriyyəti öz ixtisası üzrə dərslərə cəlb edilib. Bu halda, müəllimlərin əsaslı şəkildə ixtisasartırmaya cəlb edilməsi hansı mahiyyəti daşıyır?

Tanınmış təhsil eksperti Məlahət Mürşüdlü hesab edir ki, bu gün müəllimlərin ixtisaslaşmasının zəruru olması onunla bağlıdır ki, bir çox rayon və kənd məktəbində bəzi fənlər üzrə müəllimlər yoxdur. Bu səbəbdən də həmin fənlərin qeyri-fənn müəllimləri tərəfindən tədris edildiyini deyən M.Mürşüdlünün sözlərinə görə, bu problemi müəllimlərin ixtisaslaşmaya cəlb edilməsi ilə aradan qaldırmaq olar: “Burada ixtisaslar üzrə peşəkarlıq səviyyəsinin artırılması nəzərdə tutulur. Müəllimlərin böyük bir hissəsi öz ixtisaslarına uyğun fənləri tədris etsələr də, bəzi hallarda görürsən ki, riyaziyyat müəllimi eyni zamanda informatika, fizika, biologiya dərsi də keçir. Bu da həmin ixtisaslar üzrə müəllim çatışmazlığından irəli gəlir. Kəndlərdə, bəzi dağ rayonlarında bir müəllim bir deyil, bir neçə fənn üzrə dərslər aparır. Tutalım, tarix müəllimi həm ədəbiyyat, həm coğrafiya, həm də digər fənləri tədris edir. Bizim məktəblərdə belə hallar var. Nazirlik müəllimlərin ixtisaslaşması məsələsini gündəmə gətirməklə bu kimi halların aradan qaldırılmasını nəzərdə tutur. Həqiqətən də müəllimlərin ixtisaslaşmasına böyük ehtiyac var. Diaqnostik qiymətləndirmədə iştirak edən riyaziyyat müəllimi diaqnostik qiymətləndirmədən informatika üzrə keçir. Bu hallar mövcuddur. Nazirliyin bu tələbi haqlıdır və hər bir müəllim öz ixtisası üzrə işləməlidir. Ancaq müəllim çatışmazlığı ucbatından bəzi fənləri qeyri-ixtisas müəllimləri tədris edirlər. Sözsüz ki, bu tədrisin də keyfiyyəti istənilən səviyyədə ola bilməz”.

Bu sahədə bəzi çatışmayan cəhətlərin olduğunu vurğulayan M.Mürşüdlü bildirdi ki, fənn müəllimlərinin çatışmadığı məktəblər müfaviq ixtisas üzrə kadrlarla təmin edilməlidirlər. “Bir məsələyə təəccüblənirəm ki, bizdə doğrudanmı çatışmayan sahələr üzrə müəllim kadrları hazırlanmır? Bu gün Azərbaycan Pedaqoji Universiteti də, digər aidiyyəti universitetlər də müxtəlif fənlər üzrə müəllim kadrları hazırlayırlar. Sadəcə, müəllimlər dağ rayonlarına, kəndlərə getmək istəmirlər. Hesab edirəm ki, planlaşdırmada da kifayət qədər qüsurlar var. Bu mənada ki, araşdırmalar aparılmalıdır ki, orta məktəblərdə nə qədər informatika müəlliminə ehtiyac var? Ancaq bunu etmirlər ki, ali məktəblər həmin sayda kadr hazırlasın. Bunun üçün ali məktəblərə dövlət sifarişləri olmalıdır. Bu gün məktəblərdə bəzi fənn müəllimlərinin çatışmaması sifarişlərin doğru-düzgün yönləndirilməməsi ilə bağlıdır. Araşdırmalar aparılmalıdır ki, hansı fənlər üzrə müəllimlər çatışmır və həmin ixtisaslar üzrə müəllimlərin hazırlanması ali məktəblərə sifariş olunmalıdır” - deyə M.Mürşüdlü bildirdi.           

Tanınmış təhsil eksperti Kamran Əsədov bizimlə söhbətində bildirdi ki, müəllimin ixtisaslaşmasına ehtiyac var: “İlk növbədə qeyd edim ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə müəllimlərə olan ehtiyacın aradan qaldırılması üçün təkcə ali məktəblərdə deyil, eyni zamanda orta ixtisas təhsili müəssisələrində müəllim hazırlığının həyata keçrilməsinə başlandı. Bu zaman orta ixtisas təhsili müəssisələrinin, ali məktəblərin profil və istiqamətinə diqqət yetirmədən, keyfiyyəti nəzarətdə saxlamadan müəllim ixtisası üzrə kadr hazırlığı həyata keçrilməyə başlandı. Bu da yekun nəticədə əmək bazarında ixtisaslı və keyfiyyətli müəllim qıtlığının yaranmasına gətirib çıxardı. Məhz buna görə də 2014-cü ildən etibarən kolleclərdə müəllim hazırlığı üzrə plan yerlərinin sayı kəskin şəkildə azaldıldı”.

Mütəxəssis hesab edir ki, istər ali məktəblərdə, istərsə də orta ixtisas təhsili müəssisələrində əsas məqsəd müəllim hazırlığında diqqəti saya deyil, onların hazırlıq səviyyəsinin, biliklərinin artırılmasına yönəltmək lazımdır: “Müəllimlərin hazırlığı bir neçə ixtisaslaşmış pedaqoji profilli ixtisas məktəblərində saxlanılmalıdır. Bundan sonra müəllim hazırlığı ilə məşğul olan ali məktəblərin tədris etdiyi məzmunun optimallaşdırılması və bilik səviyyəsinin artırılmasını təmin etmək lazımdır.

Qeyd edim ki, müəllimlik kütləvi bir peşədir. O, ildən-ilə ən güclü məzunları cəlb edə bilməz. Zəif müəllimlər işdən kənarlaşdırıldıqda onları yeniləri əvəz etməlidir, bu yenilər isə elə öz xələflərindən  yaxşı müəllimlər yetişdirə bilməyən eyni sistem tərəfindən yetişdirilir. Bunun əksinə olaraq, orta statistik bir müəllimi inkişaf etdirmək yanaşması bütöv bir peşədə inqilab edə bilər. Dünyada az sayda müəllim uşaqlarla üz-üzə qalana qədər kifayət qədər yaxşı hazırlıqlı olur. Kasıb ölkələrdə isə müəllimlər, ümumiyyətlə, çox az təlim görürlər. Son hesabatlardan biri göstərir ki, 31 ölkədə, ümumiyyətlə, ibtidai sinif müəllimlərinin dörddə birindən çoxu minimal milli standartlara cavab vermir. Varlı ölkələrdə isə problem daha dərindədir. Müəllimlər uzun ixtisaslaşmış kurslardan keçirlər. Bu kurslar çox zaman “ekopedaqogika” və ya “vicdaniləşdirmə” kimi xəyali nəzəriyyələrin müzakirəsini əhatə edir. Bu kursların bəziləri, təhsil sahəsində magistr proqramları da daxil olmaqla,  məzunların gələcək şagirdlərini necə öyrədəcəklərinə heç cür təsir etmir.

İxtisaslaşma dedikdə həm keyfiyyətli, həm də hər pillə üzrə konkret kadrın hazırlanması nəzərdə tutulur.

Bu gün ölkədə ikili ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir. Belə ki, kimya-biologiya, tarix- coğrafiya və s. Bu ixtisaslaşmalar tətbiq ediləndən sonra ikili ixtisaslar ləğv olunacaq, bununla bərabər təhsilin hər pilləsi üzrə ayrıca kadr hazırlığı həyata keçiriləcək”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ