Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycan daha bir beynəlxalq dövlətlərarası komitənin üzvlüyünə hazırlaşır

Image


Ölkəmiz 2010-2014-cü illərdə də bu komitənin üzvü olub
Vasif Eyvazzadə: “Azərbaycanın həm UNESCO çərçivəsində qazandığı nüfuzu, həm komitədəki əvvəlki təcrübəsi, həm də əldə etdiyi reputasiyası ona imkan verir ki, yenidən öz namizədliyini irəli sürsün”
Fariz Xəlilli: “Dövlətimizin Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəyə növbəti dəfə üzv olması vacibdir”

 

Azərbaycan və UNESCO arasında qurulan əməkdaşlıq illərdir uğurla davam etdirilir. Ölkəmiz bu qurumun etibarlı tərəfdaşı kimi fəaliyyətini davam etdirir.

Qeyd edək ki, Azərbaycan Respublikası 3 iyun 1992-ci ildə UNESCO-ya üzv qəbul edilib, 1996-cı ildə isə UNESCO və Azərbaycan arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Artıq 26 ildir ölkəmiz bu qurumun üzvüdür.

Azərbaycan UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin üzvlüyünə namizədliyini təqdim edib.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə UNESCO-nun mənzil-qərargahında ölkəmizin Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəyə namizədliyi ilə bağlı tədbir keçirilib. Tədbirdə UNESCO yanında daimi nümayəndə Anar Kərimov Azərbaycanın qurumla əməkdaşlığı haqqında məlumat verib və əməkdaşlığın uğurla inkişaf etməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xüsusi rolunu qeyd edib. A.Kərimov bildirib ki, ölkəmiz UNESCO-nun bir sıra qurumlarında üzv qismində fəal iştirak edir və komitəyə üzv seçiləcəyi təqdirdə qeyri-maddi mədəni irsin qorunması sahəsində öz təcrübəsini bölüşməyə və komitənin səmərəli fəaliyyətinə töhfə verməyə hazırdır.

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva tədbir iştirakçılarına ölkəmizdə bu sahədə atılan addımlar haqqında məlumat verib.

Qeyd edilənə görə, UNESCO-nun sözügedən komitəsinə seçkilər iyunun 4-6-da baş tutacaq.

Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanın UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə növbəti dəfə üzv seçiləcəyinə ümid edir. O bildirdi ki, bu sahədə artıq məqsədyönlü fəaliyyətə başlanıb. “Azərbaycan 2018-2022-ci illər üçün Azərbaycan UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv olmaq üçün yenidən namizədliyini verib. Əslində, bu, Azərbaycan üçün ilk təcrübə deyil, biz 2010-2014-cü illərdə də 4 il müddətinə bu komitənin üzvü olmuşuq. Üzv olduğumuz müddətdə də çox fəal, aktiv fəaliyyət göstərmişik. Həmin dövrdə Azərbaycanın bir sıra nümunələrini UNESCO müvafiq siyahılarına daxil edib. Eyni zamanda da Azərbaycan 2013-cü ilin dekabr ayında UNESCO-nun Hökumətlərarası Komitəsinə evsahibliyi edib. Bu konvensiya qəbul ediləndən sonra artıq Azərbaycanın 11 elementi Qeyri-maddi mədəni irs siyahısına salınıb. 2008-ci ildə Azərbaycan muğamı, 2009-cu ildə Novruz bayramı və aşıq sənəti, 2010-cu ildə Azərbaycan xalça toxuculuğu ənənəvi sənəti və Azərbaycan tar ifaçılıq sənəti və onun hazırlanma ustalığı, 2013-cü ildə Qarabağ atı ilə oynanılan çovqan atüstü oyunu, 2014-cü ildə qadın baş örtüyü kəlağayının düzəldilməsi və geyinilməsi, 2015-ci ildə Lahıc misgərlik sənəti, 2016-cı ildə Azərbaycan lavaşı, 2017-ci ildə kamança və Heyvalı şabalıdlı kələm dolması, dolma hazırlama və paylaşma ənənəsi salınıb. Nəticə etibarilə Azərbaycanın bu illər ərzində qazandığı təcrübə imkan verir ki, o yenidən bu komitəyə üzv olmaq üçün namizədliyini irəli sürsün. Bu komitəyə üzv olmaq üçün yalnız böyük qeyri-maddi mədəni irs potensialına malik olmaq kifayət etmir. Burada həm də təcrübə və ekspert təcrübəsi çox önəmlidir. Çünki komitənin 24 üzvü UNESCO üzvü dövlətləri adından qəbul edilən bütün elementlərə görə cavabdehlik daşıyır. O elementləri təhlil edir, onlara qiymət verir. Bu özü də çox məsuliyyətlidir. Bu baxımdan, Azərbaycanın həm UNESCO çərçivəsində qazandığı nüfuzu, həm komitədəki əvvəlki təcrübəsi, həm də əldə etdiyi reputasiyası ona imkan verir ki, yenidən öz namizədliyini irəli sürsün”.

Hazırda bu komitəyə üzv olmağımız istiqamətində işlər aparıldığını deyən V.Eyvazzadə bildirdi ki, bu günlərdə UNESCO-nun mənzil-qərargahında ölkəmizin Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəyə namizədliyi ilə bağlı tədbir də keçirilib.

Azərbaycan və UNESCO arasında yüksək səviyyəli əməkdaşlıqdan danışarkən ölkəmizin Birinci vitse-prezidenti, UNESCO-nun Azərbaycandakı xoşməramlı səfiri Mehriban Əliyevanın əməyini, rolunu önə çəkməli olduğumuzu deyən şöbə müdiri qeyd etdi ki, bu sahədə Mehriban xanım böyük işlər görüb: “Təbii ki, bizim növbəti dəfə də komitə üzvlüyünə namizədliyimizi irəli sürməyimiz də bu əməkdaşlığın nəticəsidir”. 

V. Eyvazzadə onu da qeyd etdi ki, Azərbaycan qeyri-maddi mədəni irs nümunələri ilə zəngindir və ölkəmizdə bu nümunələr yüksək səviyyədə qorunur və təbliğ edilir. Hazırda quruma üzv olmaq istiqamətində proseslərin davam etdirildiyini vurğulayan V.Eyvazzadə bildirdi ki, Azərbaycan mədəniyyətlərarası dialoqun formalaşmasında, təbliğində dünyaya nümunə olan bir ölkədir. Onun sözlərinə görə, bu və digər göstəricilər Azərbaycanın yenidən komitəyə üzv olmasına əsas verir. O qeyd etdi ki, komitə üzvlüyünə namizədlər sırasında Rumıniya, Polşa və Gürcüstan kimi dövlətlər də var. V.Eyvazzadə hesab edir ki, Azərbaycan dövlətinin, eləcə də Azərbaycanın UNESCO-dakı Nümayəndəliyinin səyləri və davamlı gördüyü işlər nəticəsində ölkəmiz komitəyə üzv qəbul edilə bilər. O ümid edir ki, seçkilərdə Azərbaycan lazımi səsi qazanacaq və komitəyə üzv olacaq. 

MİRAS-Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, ekspert Fariz Xəlilli isə hesab edir ki, Azərbaycanın UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin üzvlüyünə namizədliyinin irəli sürülməsi müsbət haldır. F.Xəlillinin sözlərinə görə, Azərbaycan bu quruma üzv qəbul edilərsə, bunun əhəmiyyəti böyük olacaq. Ölkəmizlə UNESCO arasındakı əməkdaşlıqdan danışan ekspert qeyd etdi ki, artıq Azərbaycana aid bir neçə nümunə bu quruma daxil edilib: “Hesab edirəm ki, Azərbaycanın namizədliyinə dəstək veriləcək və ölkəmiz bu komitənin hüquqlu üzvü olacaq. Dövlətimizin Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəyə növbəti dəfə üzv olması vacibdir. Bu əlavə olaraq bizim orada söz sahibi olmağımıza təkan verəcək. Onsuz da bu qurumla Azərbaycan arasında ciddi əməkdaşlıq əlaqələri var. Bu həm də ona görə müsbət haldır ki, ermənilərin bizim qeyri-maddi mədəni irs nümunələrimizi mənimsəməsinin qarşısı alınacaq. Azərbaycan bu komitəyə üzv olduqdan sonra ermənilər artıq bizim nümunələri öz adlarına təqdim edə bilməyəcəklər. Mən Azərbaycanla UNESCO arasındakı əməkdaşlığı yüksək qiymətləndirirəm və bu əməkdaşlığın nəticəsidir ki, Azərbaycandan 11 qeyri-maddi mədəni irs obyekti bu quruma daxil edilib”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ