Bazar günü günü, 15 noyabr 2026
     

Üç tale, bir amal və ...bir qismət - FOTO

Image


“Azərbaycan deyiləndə ayağa dur ki” nidasını deyib cümhuriyyət quran babalarımız bu torpağa, bu xalqa dayaq olanlarla birgə sənin də adını  tarixə həkk etdilər.

Azərbaycan! Azərbaycan!
Üçrəngli bayrağınla məsud yaşa!

-deyənlərin içində sənin səsin, nəfəsin daha gur, daha doğma idi. Müstəqil ölkənin Polisi olmaq şərəfini qanından, canından əziz tutub 100 il bundan öncə torpaq, xalq uğrunda şəhid olan xələflərinin varisisən Sən.

Sənin də alın yazına şəhidlik, ağır sınaqlardan keçmək yazıldı. Minlərlə canın qurban, sinəsinin hərbə meydan olduğu məmləkəti, bu doğma Vətəni qorumaq üçün soyuq səngərləri övladın kimi bağrına basıb ona keşik çəkdin. Çünki Vətən dardaydı, hayına-harayına, səsinə sinəsində Vətən məhəbbəti məkan olan oğullar yetməliydi.

100 il bundan öncə içdiyin anda sadiqlyini bir daha sübut etmək üçün  qanından, canından keçməklə unudulmaz bir tarix yazdın.

Səndən ötrü can verməyə cümlə hazırız! 
Səndən ötrü qan tökməyə cümlə qadiriz!

“Ayrılıq ölüm deyil”. Yüz illər böyunca bunu öyrətdilər bizə. Gözümüzü ölümlə qorxutdular. Ayrılıqlar ölümün kölgəsində qaldı həmişə. Amma bu gün sənin adın, sənin andın dilimizdə, yaddaşımızda, tariximizdədir.

Ayrılıq ölüm deyil, amma bütün ayrılıqların sonunda itirmək və unudulmaq qorxusu hakimdir. Onsuz da insan tez unudur fikri hörümçək toru kimi yaranışdan bu günə kimi hamını, hər kəsi öz təsiri altına salıb və yaddaşımızdan kiminsə, nəyinsə ya bir xoş xatirə şəklində, ya da digər formada unudulması ağrıdır bizi.

Bu şübhəsizdir ki, hər bir insanın ömründə işıqlı dünya ilə nə vaxtsa vidalaşmaq qisməti var və onun da altında ömrün sonuncu addımları ilə gələn ayrılığın imzası. Fərqi yoxdur hansı rəngdədir...

Lüğətimizdə bədbin notlara köklənmiş sözlərin çox olması məni də düşündürür və əlbəttə ki, düşünə-düşünə buna cavab tapmağa çalışıram...

Ayrılıq haqda fikirləşəndə həmişə gözlərimin özünə Vətənim-Azərbaycan gəlir. İçimdə bir istək baş qaldırır. Bəlkə bundan sonra xəritədə, ədəbiyyatda “Azərbaycan”-odlar ölkəsi yox, ağrılar, ayrılıqlar, ayrılıqlar ölkəsi yazaq?!

O, yaşamını anlamlı etmək üçün mənsub olduğu böyük bir məmləkətə həqiqi vətəndaşlıq etmək niyyətində idi. Məhz belə olmasaydı Allah dərgahında öz gerçəkliyinə bu qədər yaxın düşə bilməzdi. İlahi sevgiyə qovuşaraq yaşamaq üçün boynuna düşəni layiqincə həyata keçirə bilsin deyə həmişə ölümə hazır olması ilə bir həyat fəlsəfəsi yaratmış, yaşamışdı özü üçün. Vətənsizliyə, yurdsuzluq acısınaqatlanmağın, dözməyin teoremini isbatlamaq çətin olsa da, mizanı pozulmuş dünyada hələ haqq itməmişdi. Çünki onu itməyə qoymayan oğullar vardı hələ...

Eldar Abdulla oğlu Babayev 1962-ci ilin martında qədim Azərbaycan torpağı olan indiki Ermənistanın Zəngibasar mahalının Rəncbər kəndində doğulmuşdu. Üç bacının bir qardaşı idi. Orta məktəbi qızıl medalla bitirib Azərbaycan İqtisad Universitetinə daxil olmuşdu. Elə həmin il də Leninqrada (indiki Sankt-Peterburqa) hərbi xidmətə yollanmışdı. Hərbi xidmətdə olarkən öz nizam-intizamı, səmimiyyəti, savadı diqqəti çəkmiş, müxtəlif millətlərdən olanların içərisində fərqlənmişdi.Uğurlarına görə dəfələrlə təşəkkür, medal, fəxri fərman almışdı. Əsgərlikdən serjant rütbəsi ilə qayıtdıqdan sonra,  1981-ci ildə Bakıda daxili işlər orqanlarında serjant kimi xidmətə başlamışdı. İlk iş yeri Mühafizə İdarəsi idi.

Maraqlıdır, niyə məhz mühafizə? Bu, onun gələcək ömür yoluna qismətiinin göndərdiyi bir mesaj idiİnsanların canını, malını qorumaqdan keçən yollar sonradan Vətəni qorumağa aparacaqdı onu...

Hələ tələbə ikən hər telinə ömrünün bir ilini bağladığı Səltənətlə 1987-ci ildə ailə qurması ömrünə gün kimi doğdu. Xoşbəxtliyin qapısını döyüb onun kəndarından içəri keçənlərə yoldaş ola bilmişdi nə əcəb ki. Arzu dənizində qoşa üzmək, çətinliklərə sinə gərmək üçün uzun birgə yola çıxmışdılar...

Bütün yolların sonunda ayrılıq var, bütün yollar nə vaxtsa bitir. 1988-ci il hadisələri artıq yenidənqurma ideyasını irəli sürənlərin dünyanın dillərə və dinlərə ayrılması üçün cızdıqları planları açıqdan-açığa sərgiləməyə başlamışdı. Qafqazda “sunami təhlükəsi” nə yol açan bir zəlzələ ocağı alovlanırdı ki, mərkəzi yenə  Azərbaycan idi.

Zəngibasar da yağıya hədəf olmuşdu. Ata-baba ocağının külünü göyə sovururdu özbəöz “kirvə”lərimiz.

Doğulduğu torpağı bir daha görməmək hissini qəlbinə yaxın buraxmaq istəməsə də artıq göstəriş yuxarılardan verilmişdi. 90-ci ilin yanvar isə minlərlə vətənpərvər oğul və qızlarımız kimi onu da qisasa hazır dayanan bir cəngavərə çevirdi. İlk şəhidlərin xəbəri onu da Vətən üçün səngərə apardı...

 “Onu ailənin yeganə övladı olduğu üçün döyüşə aparmırdılar. O isə mübahisə, təkid edirdi. Eldarı inandığı işdən, Vətənə verdiyi sözdən kim, nə zamana qədər çəkindirə, uzaq tuta bilərdi ki?!

Nəhayət cəbhəyə yola düşdü. Gücü-qüvvəti, silahdan istifadə bacarığı ona çətinliklərdən çıxmağa kömək etdi. Azərbaycan uğurunda vuruşmaq, yurd-yuvasının, gözü yaşlı anaların öldürülən uşaqların, qanına qəltan edilən qız-gəlinlərin düşmənlərdən qisasını almaq üçün sinəsi səngər oğullarla birlikdə çox qanlı döyüşlərdən keçdi. 1991-ci ilin avqustun 20-də Goranboyun Buzluq kəndi ətrafında gedən döyüş isə onun üçün son oldu. Hələ 30 yaşı olmamışdı...

Səltənət xanım deyir ki,  avqustun 18-i idi. AzTV-də “Günün ekranı” xəbərlər proqramı gedirdi. Aparıcı dedi ki, düşmənin Goranboya hücumu zamanı iki polisimiz şəhid olub. Nədənsə o an mənə elə gəldi ki, biri Eldardır. Ancaq yenə də özümü tox tutmağa çalışdım. Həm də bircə gün əvvəl onunla danışmışdım, mənə ürək-dirək verib demişdi ki, iki gün sonra evə gələcək. İçimi yeyə-yeyə qalmışdım. Nə atası, nə qardaşı vardı ki, gedib ondan bir xəbər bilsin. Mənim və bacılarının əlindən nə gəlirdi ki.O vaxt Müdafiə Nazirliyinin rəhbərliyinin qəbuluna getdim və gördüyüm biganəlik, insan taleyinə etinasız yanaşma məni bir də yandırdı. Təkcə ailə başçısını, həyat yoldaşımı itirməmişdim. Qardaşsız qalan bacılara, atasız qalan iki körpəsinə nə deyəcəkdim?...

Döyüşçülərimiz onun meyitini tapanda üstündə 6 ədəd boş avtomat darağı varmış.Məzarı Fəxri xiyabandadır...

1995-ci ildə isə ulu öndərimizin fərmanı ilə ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib. 2004-cü ildə isə möhtərəm Prezidentimiz tərəfindən ailəsi evlə təmin olunub...

Bu gün Binəqədi rayonunun küçələrindən biri onun adını daşıyır...

Bu gün onun yarımçıq qalan ömrünü bütün Azərbaycan, yarımçıq qalan xidmətini isə Polis Akademiyasının əməkdaşı, polis polkovniki Səltənət Mustafayeva davam etdirir...

...Dünyadan köçəndə kimini bir qoşun aparır, kimini də bir qurşun aparır-ürəyində gəzdirdiyi güllə yarası. Bunları da anası Zəhra xanım dedi...

Sən demə, insana yaşamağın yanmaq olduğunu onun sevinci deyil, dərdi öyrədirmiş. Əslində, yaşamaq elə də çətin deyil, çətin olan Vətənin daşına, fidanına, çiçəyinə dönə bilməyi bacarmaqdır...

Hərdən ömrümüz mənə qum saatını xatırladır. Vaxtı doldurmaq üçün keçmişdən gələcəyə, gələcəkdən sonsuzluğa qədər uzanan bir ömür yaxşı ki, qismətimizə yazılmayıb. Yaxşı ki, qədərin hər şeyi hədər edəcəyi qorxusu var içimizdə. Bizdən sonra nəsə qalacaqmı, qalanlar da xatırlanacaqmı? İnkar etsək də, etməsək də, həyat bizim üçün sualdan başlayır. Ömrümüzün əvvəli də sual, sonu da...

Çoxlarının tanımadığı bir şəhid qardaşımız haqqında bu yazımı niyə belə başlamağım özümə də qəribə gəlir, doğrusu. Amma həm də düşünürəm, şəhidlərdən danışarkən elə bir ovqatı yaşamalısan ki, o ucalığa yüksələnlərin ruhu inciməsin. Yəni bütün vücüdun ilahi bir eşqin nuruna qərq olmalı, özünü onlarla bir cərgədə hiss etməlisən...

Şəklinin önündə durub onun son döyüşünü, aldığı sonuncu nəfəsi təsəvvür etməyə çalışıram.Şəkildən gülümsəyən gözlərində uzaq, əlçatmaz olan işıq görürəm.

Önünə tər qərənfillər qoyulmuş bu şəkil şəhid polis Həsənov Hamlet Tahir oğlunundur. O, 1966-cı ildə Füzulinin Mirzəcamallı kəndində dünyaya göz açıb. 1982-ci ildə Bakıda orta ixtisas təhsili alıb. Hərbi xidmətini başa vurduqdan sonra, 1988-ci ildə Kürdəmir RPŞ-də xidmətə başlayıb. 1993-cü ildə torpaqlarımızın müdafiəsi zamanı qəhrəmancasına həlak olub. Onunla birgə döyüşlərdə iştirak etmiş Vaqif Əhmədov xatirələrini bölüşür:

  • Xatırlamaq insanın heç də həmişə sevincinə səbəb olmur. Qəribə olan budur ki, biz sevincimizdən çox, dərdimizi, itirdklərimizi xatırlayırıq. Bəlkə də bu min illərdir ki, beləcə davam edir. Xoşbəxt o insandır ki, xatırlanır, yada düşür. Mən Hamleti 1990-cı ildən tanıyırdım. Onun simasında bəlkə də çoxumuzda olmayan cizgilər vardı. İnsan da bu qədər sadə, səmimi ola bilərdimi?! Biz dost idik. Hə, onun toyunda da iştirak etmişəm. 1991-ci ildə Malıbəylidə, Quşçularda döyüşmüşük. Mənə ən qəribə gələn bilirsinizmi nədir? İnsanın ölümdən qorxmamasını mən onda gördüm. İnanın səmimiyyətimə, son dərəcə ürəkli oğlan idi. O şəhid olanda 6 ay idi ki, ailə qurmuşdu. Avqustun 23-də haqqa qovuşdu...”

Kim deyir ki, biz unutqanıq? Xatırlamağı bacarırıqsa, xatırlayıb əziz tuturuqsa, deməli, Vətənin həm də şəhid qanıyla yoğrulduğunu yaxşı dərk edirik.

Yeri gəlmişkən, bir məqamı da xatırlatmaq istəyirəm. Ölkə başçısının Füzuliyə olan səfəri və “Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Siz - Qarabağda doğulmuş, yaşamış, bu gün yaşayan insanlar bunu hamıdan yaxşı bilirsiniz... Biz öz torpağımızda yaşayırıq, öz torpağımızı müdafiə edirik və müdafiə edəcəyik. Əminəm ki, ərazi bütövlüyümüzün bərpası qaçılmazdır. Bunu düşmən də bilir və bilməlidir!” - deməsi, inanıram ki, Hamlet kimi qəhrəman oğullarımızın da ruhunu şad etdi...

Bəzən əcəl öz ovunu - insanı ölüm dilində danışdırır ki, ətrafındakılar anlaya bilməsin. Acizliyimizi büruzə verməmək naminə bu İlahi qanunauyğunluğa və nizama tabe olmaq üçün alın yazımızla barışıb: “Nə etməli, qismətdir, qədərdir”, - deyirik. Səhər salamını alıb axşam ölüm xəbərini eşitdiyin birinin taleyini düşündükcə anlayırsan ki, demə, olumdan-ölümə doğru bircə addımlıq yol varmış.Həyat pəncərəsi, kiçik bir nəfəsliyi olmayan otaq kimi içini sıxanda insan bəzən kölgəsi üçün də darıxır. Yəni yaşamağın elə həm də kölgənin var olmağı deməkdir...

Əslində, həyat insan sözünün sinonimidir və insanın yaşamaq həvəsi heç vaxt bitib-tükənmir. Yaşamaq Adəmlə yaşıd olan arzudur. O, insan şəklinə düşəndə nə vaxtsa ölür...

***

Bütün şəhidlərin alın yazısı birdir, eynidir. Elə qismətləri də. Yağmalanmış yurdumuzun hər qarışından bir şəhid ruhu boylanır. Şuşa, Laçın, Kəlbəcər, Zəngilan, Ağdam, Qubadlı, Füzuli, Cəbrayıl gözləri yol çəkən ana misalı bizi gözləyir. Və bu gün “Xocalı” deyəndə yeddi yox, yetmiş yeddi yerdən göynəyən yaramıza düz iyirmi altı ildir ki, məlhəm qoya bilmirik.

İndi Xocalıda torpağın üzü soyuq deyil, od kimidir, köz kimidir. Elə biz də yanan ürəyimizlə hər gecə o torpaqları yuxularımızda görür, bir ucu göyə bülənd olan ahımızla dağı, daşı lərzəyə gətiririk. Bir-birimizə “səbr et” deməklə, həm də günü-gündən səbirsiz oluruq.

Düz iki il öncə səbrimiz elə daşdı ki, düşmən qorxusundan canını götürüb arxasına baxmadan qaçdı. Lələtəpədən üzü işğal olunmuş torpaqlarımıza azadlıq yeli əsdirən üçrəngli bayrağımız da kövrəldi o gün. O gün hamımız kövrəldik. Ağladıq da, amma sevincimizdən. Həm də yas tutduq qanı torpaq olan oğullarımız üçün. Hər ağızdan “Vətən sağ olsun” nidaları Şuşaya qədər yol aldı, tikanlı məftillər belə onu saxlaya bilmədi...

Həmin gün ən çox sevinən Xocalı oldu, soyqırımın qurbanı olan xocalılar oldular. Bəlkə də hamıdan çox Əlifin ruhu sevindi. Bizim Əlifin, mənim, sənin, onun Əlifinin...

Unutmaq daha bizim alın yazımız deyil. Amma bir zaman taleyimiz idi, qədərimiz idi. Bizə unutmağı və unutdurmağı öyrətmişdilər. İndi kiçik bir uşağa: “Əlif Hacıyev kimdir”,- desən: “O, şəhid Vətən oğludur”,- deyəcək...

Əlif Lətif oğlu Hacıyev 24 iyun 1953-cü ildə Xocalıda doğulub. Orta məktəbi bitirdikdən sonra ordu sıralarına çağırılıb. 1973-cü ildə ordudan tərxis olunduqdan sonra Xankəndindəki Avtonəqliyyat Müəssisəsində sürücü işləyib. 1974-1984-cü illərdə Belarusiya və Azərbaycanın daxili işlər orqanlarında müxtəlif vəzifələrdə işləyib. 1976-cı ildə SSRİ DİN-nin Frunze adına Xüsusi Orta Milis Məktəbinə daxil olub. 1981-ci ildən təhsilini SSRİ DİN-in Akademiyasında davam etdirib.

Əlifin millətçilərlə mübarizəsi Qarabağ hadisələrindən əvvəl başlayıb. Dağlıq Qarabağda, Xankəndində erməni separatçılarının gizli fəaliyyəti, azərbaycanlılara qarşı məkrli niyyətləri onun diqqətindən yayınmayıb. Bacarıqlı və qorxmaz polis işçisi Əlif Hacıyev heç nədən və heç kimdən qorxmadan onları ifşa etməkdən çəkinməyib. 1984-cü ildə Əlif ermənilər tərəfindən oğurlanmış azərbaycanlı uşağı xilas edəndə,  Xankəndindən Yerevana millətçi qruplara külli miqdarda pul göndərilərkən onun qarşısını alanda, separatçıların gizli təşkilatlanma planlarına maneçilik törədəndə ona qarşı xüsusi tədbir hazırlanıb. Bu tədbiri böyük ustalıqla, “sübut” və “dəlillərlə” həyata keçirənlər onu saxta ittihamla həbs ediblər. Məhkəmə Ə.Hacıyevə 10 il azadlıqdan məhrumetmə cəzası verib. Uzun-uzadı şikayətlərdən sonra cəza müddəti 6 ilə endirilib, sonda isə bəraət alıb. Azadlığa çıxan kimi 1990-cı ildə yenidən Qarabağa qayıdıb. Həmin il dekabr ayının 21-də polis orqanlarında xidmətə bərpa olunub, Xocalıdakı hava limanı xətt daxili işlər bölməsinin rəisi vəzifəsinə təyinat alıb. Gördüyü işlərinə görə 1991-ci ilin dekabr ayında ona mayor rütbəsi verilib. Ə.Hacıyev, eyni zamanda aeroportun hərbi komendatı olub. Məhz onun bu təyinatından sonra bu ərazi ermənilərin əlindən çıxıb.

Xocalı aeroportunun strateji əhəmiyyətini başa düşən ermənilər aeraportu zor gücü ilə ələ keçirməyə çalışıblar. Bunun üçün Xankəndindən içərisində 100-ə yaxın döyüşçünün olduğu iki avtobus göndərilib. Quldurlar aeraportu mühasirəyə alıb, oranı boşaltmaq üçün azərbaycanlılara vaxt veriblər. Bu zaman hava limanında növbədə cəmi 30-a yaxın əməkdaş var idi. Əlif hiyləyə əl atıb. Səsgücləndiricinin qarşısına keçərək əmrlər verməyə başlayıb: “Filan batalyon filan əraziyə, filan rota ön hissəyə və s. keçsin”. Gələnlər elə başa düşüblər ki, burada azərbaycanlılardan ibarət böyük bir polk var. Buna görə də hava limanını tərk etmək məcburiyyətində qalıblar.

1992-ci il fevralın 25-i Əlif Hacıyevin dəstəsi səhərə qədər düşmənə ciddi müqavimət göstərdi. Amma qüvvələr qeyri-bərabər idi.

Əlif Hacıyev yenə gücünə, adamların etibarına və etimadına inanıb geri çəkilmədi.

İlk növbədə dinc əhalini nisbətən təhlükəsiz yerə çatdırmağa cəhd göstərdi. Qanlı döyüş gedə-gedə onların bir hissəsini Ağdamın Şelli kəndinə çatdıra bildi. Amma hələ də təhlükədə xeyli adam vardı və bu adamlar Əlif Hacıyevin yolunu gözləyirdilər.

Onun cəsədi Xocalıda 5 gün böyürtkən kollarının arasında qaldı. Ağdama gətiriləndə isə dəyişdirilən digər meyitlərin altında sırıqlıya bükmüşdülər ki, erməni yaraqlıları onu tanımasınlar. 

Polis mayoru, Əlif Hacıyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür...

Xatirini hər zaman əziz bildiyimiz Vətən oğullarının illər öncə vuruşduqları amal uğrunda bu gün Azərbaycan xalqı, Azərbaycan adlı məmləkət vuruşmaq, yağı əlində qalan torpaqları azad etmək üçün Ali Baş Komandanın, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Müqəddəs döyüşə hazır ol, mənim xalqım” əmrinə hər zaman hazırdır. Biz Qələbə istəyirik, Polisim! Qələbə, Qələbə, yalnız Qələbə!

Elnarə Nəbiyeva,
178 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
Yazı Azərbaycan Polisinin 100 illiyinə həsr olunmuş müsabiqəyə təqdim olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ