Bazar günü günü, 15 noyabr 2026
     

Orta məktəblər haqda ayrıca qanun məsələsi gerçəkləşir...

Image


“Hesab edirəm ki, orta ümumtəhsil məktəbləri üçün ayrıca qanun layihəsinin hazırlanaraq qəbul edilməsi zəruridir”

Kamran Əsədov: “Orta ümumtəhsil müəssisələri haqqında” qanun layihəsinin hazırlanması üçün yaradılacaq işçi qrupu məktəblərin idarə olunması məsələsinə xüsusi yanaşmalıdır”

 

Təhsil hər bir dövlət üçün əhəmiyyətli dərəcədə vacib bir sahədir. Bu baxımdan, dövlət təhsil sisteminin daha yüksək səviyyədə, müasir tələblərə uyğun şəkildə qurulmasında maraqlıdır. Azərbaycan təhsilinin son on ildə yeni tələblərə uyğunlaşdırılması istiqamətində dövlət tərəfindən bir sıra uğurlu layihələr həyata keçirilib, işlər görülüb.

Məlumdur ki, təhsilin istiqamətlərini müəyyənləşdirmək üçün 2009-cu ildə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Ölkə təhsili ümumi olaraq bu qanunla tənzimlənir. Bu öz yerində. Son illər təhsilin müxtəlif sahələri ilə bağlı qanun layihələri hazırlanaraq qəbul edilir.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli yerli mətbuata açıqlamasında bildirib ki, "Orta ümumtəhsil müəssisələri haqqında” qanun layihəsinin hazırlanması üçün işçi qrup may ayında yaradıla bilər. “Yəqin ki, may ayında “Orta ümumtəhsil müəssisələri haqqında” qanun layihəsinin hazırlanması üçün işçi qrup yaradılacaq və bu sahə üzrə dünya təcrübəsi öyrəniləcək” - deyə o bildirib.

 “Təhsil haqqında” Qanun olduğu halda, "Orta ümumtəhsil müəssisələri haqqında” qanun layihəsinin hazırlanması hansı zərurətdən irəli gəlir? Ümumiyyətlə, indiki şəraitdə ayrıca qanuna ehtiyac varmı?

Tanınan təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, orta ümumtəhsil məktəbləri haqqında ayrıca qanuna ehtiyac var. K.Əsədov hesab edir ki, may ayında nəzərdə tutulan  "Orta ümumtəhsil müəssisələri haqqında” qanun layihəsinin hazırlanması üçün işçi qrupunun yaradılması müsbət hal olardı. Onun sözlərinə görə, peşəkarlardan ibarət olacaq bu tərkib respublikamızın orta ümumtəhsil məktəbləri üçün dünyanın qabaqcıl orta təhsil standartlarına uyğun bir qanun layihəsi hazırlamalıdır: “Qeyd edim ki, 2009-cu ildə Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunu qəbul edilib. “Təhsil haqqında” Qanun ümumi olaraq təhsilin ibtidaidən aliyə qədər olan mərhələləri barədə ali sənəddir. Yəni təhsillə bağlı ümumi müddəaları əks etdirir. Ancaq təhsilin ayrı-ayrı sahələri üçün ayrıca qanun layihəsinə ehtiyac var. Məsələn, “Məktəbəqədər təhsil haqqında” Qanun qəbul edildi və burada məktəbəqədər təhsilin hüquq və vəzifələri, eləcə də digər məsələlər öz əksini tapdı. Bu gün Azərbaycanda orta məktəblər haqqında qüvvədə olan hüquqi sənəd 2011-ci ildə qəbul edilən orta məktəblərin nümunəvi nizamnaməsidir. Bu da tam şəkildə təhsilin bu pilləsi ilə bağlı bütün məsələləri əks etdirmir. Çünki bir çox ayrı-ayrı qanunvericilik aktlarında orta məktəblərə aid hüquq və vəzifələr paylanmış haldadır. Düşünürəm ki, orta ümumtəhsil məktəbləri və ali məktəblər üçün ayrıca qanuna ehtiyac var. Yəni burada vəzifə bölgüləri, ali və orta məktəblərin hüquq və vəzfələri, öhdəlikləri ayrıca şəkildə öz əksini tapsın. Hesab edirəm ki, orta ümumtəhsil məktəbləri üçün ayrıca qanun layihəsinin hazırlanaraq qəbul edilməsi zəruridir. Bu, orta məktəblərin hüquqi problemlərinin aradan qaldırılmasına kömək edəcək”.

Ekspert bildirdi ki, hər bir təhsil mütəxəssisi may ayında fəaliyyətə başlaması nəzərdə tutulan işçi qrupuna öz təkliflərini verməlidir. O hesab edir ki, təkliflər işçi qrupunun daha mükəmməl bir qanun layihəsi hazırlamasına dəstək ola bilər: “Təbii ki, mənim də təkliflərim var. Birinci məsələ odur ki, o qanun layihəsində orta ümumtəhsil məktəblərinin hüququ statusu öz əksini tapmalıdır. Yəni bu gün Azərbaycanda yalnız özəl və dövlət məktəbləri var. Amma, fikrimcə, respublikamızda bələdiyyə məktəbləri də yaradılmalıdır. İkinci, düşünürəm ki, artıq orta məktəbləri direktorlar deyil, menencerlər idarə etməlidirlər. “Orta ümumtəhsil müəssisələri haqqında” qanun layihəsinin hazırlanması üçün yaradılacaq işçi qrupu məktəblərin idarə olunması məsələsinə xüsusi yanaşmalıdır. Məktəblərə müstəqil olaraq işçi qəbul etmək muxtariyyəti verilməlidir. Bu gün respublikamızda cəmi 7 məktəbin belə səlahiyyəti var. Məktəb direktorları müəyyən qədər məktəbin özünümaliyyələşdirməsi istiqamətində işləməlidirlər. Hesab edirəm ki, dövlət orta təhsil məktəbləri heç də büdcədən asılı olmamalıdırlar. Düşünürəm ki, büdcənin yükünü azaltmaq lazımdır və məktəbləri özünümaliyyələşdirmə xidməti mexanizminə keçirmək vacibdir ki, artıq onlar təhsilin keyfiyyətində, cəlbedicilkdə maraqlı olsunlar. Bu gün dövlət büdcəsindən təkcə 2 milyard manat məktəblərin saxlanması üçün ayrılır”.

O hesab edir ki, orta ümumtəhsil məktəbləri təhsil xidmətləri göstərmək yolu ilə özünümaliyyələşdirməni həyata keçirə bilərlər. K.Əsədovun sözlərinə görə, belə olduğu halda, məktəb direktorları məktəbə daha bilikli, yüksək səviyyəli müəllimləri cəlb edəcəklər ki, rəhbərlik etdikləri məktəbdə təhsilin səviyyəsi artsın. Ekspert qeyd edir ki, məktəblər rəqs, məntiq, futbol, rəsm və digər sahələr üzrə savadlı müəllimlərin iştirakı ilə əlavə tədris saatları keçməli və bura məktəb şagirdlərini cəlb etməlidirlər. “Məktəblər daxildə hazırlıq kursları yaratmaq salahiyyətinə malik olmalıdırlar ki, onlar keyfiyyətli xidmət göstərə bilsinlər. Yəni təhsildə kifayət qədər xidmətlər var ki, məktəb öz kontingentini səfərbər etməlidir. Məsələn, məktəbin güclü idman müəllimi varsa, o, məktəbin nəzdində futbol məktəbi açmalıdır, yaxud musiqi müəllimi rəqs kursları keçməlidir ki, həm özü gəlir əldə etsin, həm də məktəbə gəlir gətirsin. Məktəb öz binasından, obyektindən səmərəli istifadə etməlidir. Düşünürəm ki, işçi qrupunun hazırlayacağı qanun layihəsində mənim təkliflərim də nəzərə alınsa, faydalı olar. Bir də qeyd edirəm ki, hazırlanması nəzərdə tutulan qanun layihəsində məktəblərin özünümaliyyələşdirməyə keçməsi və məktəblərə maliyyə muxtariyyəti verilməsi məsələsi də nəzərə alınsa, yaxşı olar. Bu çox vacibdir” - deyə ekspert bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ