Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları ilə bağlı Orfoqrafiya Komissiyasının işçi qrupunun işi yekunlaşdı(?)

Image


Buludxan Xəlilov: “Biz təsdiqlənmək üçün Nazirlər Kabinetinə təqdim ediləcək yeni lüğət standartı ilə qarşıdakı 5 il müddətində yazı qaydalarını tənzimləyə biləcəyik”
“Problemlər tam araşdırılaraq aradan qaldırıldığı üçün, artıq ictimaiyyəti çaşdıran, dedi-qodu yaradan söhbətlərə əsas qalmayıb”

 

Son aylar dövlət qurumları, elm təşkilatları, ictimaiyyət, KİV-lər tərəfindən ən çox müzakirə edilən məsələlərdən biri Azərbaycan dilinin yeni orfoqrafiya qaydalarına ediləcək dəyişikliklərlə bağlı oldu.

Onu da qeyd edək ki, uzun həftələr mətbuatın gündəmində dartışma predmetinə çevrilən orfoqrafiya qaydalarına dəyişikliklərin edilməsi faktı əsasən ciddi tənqidlərlə müşayiət olundu. Bir sıra mütəxəssislər, eləcə də ziyalılar orfoqrafiya qaydalarında dəyişikliyə məruz qalması nəzərdə tutulan sözlərin siyahısına qarşı çıxdılar. Onlar təqdim edilən sözlərin yazılış qaydasının dəyişməsinə etiraz edirdilər. Məsələn, orfoqrafiya qaydalarını tərtib edən dilçilər təklif edirdilər ki, əsgər-əskər, İsgəndər-İskəndər kimi yazılsın. Mütəxəssislər isə, birmənalı olaraq, təklifin dil qaydalarına uyğun olmadığını bəyan edirdilər.

Məlum olduğu kimi, Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və Dilçilik İnstitutu tərəfindən 69 maddədən ibarət olan “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi hazırlanaraq ictimaiyyətin müzakirəsinə verildi.  

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, AMEA Orfoqrafiya Komissiyasının sədr müavini, akademik İsa Həbibbəyli mətbuata bildirib ki, Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları ilə bağlı Orfoqrafiya Komissiyasının yekun qərarı təsdiqlənməsi üçün yaxın bir ay ərzində Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti adından Nazirlər Kabinetinə təqdim ediləcək.

İ.Həbibbəylinin sözlərinə görə, Azərbaycan dilinin orfoqrafiya qaydalarının hazırlanması üzrə Dilçilik İnstitutu ilə Orfoqrafiya Komissiyasının birgə yaratdığı işçi qrup fəaliyyətini yekunlaşdırmaq üzrədir. Onun qeyd etdiyinə görə, işçi qrup bu layihə ilə bağlı cəmiyyətdə, dövrü mətbuatda səslənən fikir və ideyaları sistemləşdirərək hesabatlar hazırlayıb. O bildirib ki, işçi qrupun gələn həftənin əvvəlində keçirilməsi gözlənilən iclasında bu hesabatlar müzakirə ediləcək. İşçi qrupun müzakirəsindən sonra təkmilləşdiriləcək yekun sənədlər gələn həftə Orfoqrafiya Komissiyasına təqdim ediləcək: “Yekun sənədlər Orfoqrafiya Komissiyasına müzakirə üçün verilir. Orfoqrafiya Komissiyasında ölkəmizin tanınmış dilçi-alimləri, mütəxəssislər təmsil olunurlar. Onlar bu sənədlərlə tanış olduqdan sonra öz fikirlərini bildirəcəklər. Ola bilsin ki, Orfoqrafiya Komissiyasının iclası bir deyil, bir necə dəfə keçirilsin. Çünki bu çox əhəmiyyətli bir məsələdir”.

İşçi qrupunun hazırladığı yeni orfoqrafiya qaydaları ictimaiyyətin maraqlarını nə dərəcədə təmin edəcək?

Orfoqrafiya Komissiyasının üzvü, işçi qrupunun təmsilçilərindən biri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, sözügedən qaydalar ictimaiyyətin maraqlarını tam cavab verəcək və cəmiyyətin tələblərini 5 il müddətində təmin edəcək: “Komissiya tərəfindən xeyli araşdırma aparıldı. Açığını deyim ki, ictimaiyyəti narahat edən bütün məsələlər bir-bir saf-çürük olundu və yeni orfoqrafiya qaydalarında ictimaiyyətin və peşəkarların rəyi nəzərə alınıb. Sizə bir nümunə deyim. Əsgər və İsgəndər sözlərinin yazılışında “g”-nın “k” ilə yazılacağı deyilirdi, ancaq onlar olduğu kimi qalacaq və “g” ilə yazılacaq. Orfoqrafiya qaydaları ilə bağlı bütün problemlər öz həllini tapdı. Artıq orfoqrafiya qaydalarında problemli məsələ qalmayıb. Biz bu işdə həm komissiya üzvü kimi fəaliyyət göstərdik, həm də Dilçilik İnstitutunun bizə verdiyi sorğuları cavablandırdıq. Dilçilik İnstitutu bununla bağlı mütəxəssislərin rəyini öyrənmək istəyirdi. Problemlər tam araşdırılaraq aradan qaldırıldığı üçün, artıq ictimaiyyəti çaşdıran, dedi-qodu yaradan söhbətlərə əsas qalmayıb.   Çünki dedi-qodu yaradan məsələlərin hamısı bir-bir təhlil olundu, araşdırıldı. Dilçilik İnstitutunda yaradılan komissiya tərəfindən yerlərə, ayrı-ayrı təhsil müəssisələrində işləyən dilçilərə sorğular göndərildi və o sorğulara cavab aldılar. Sorğulara verilən cavablar nəticəsində ümumi rəyə gəlindi”.

Yeni orfoqrafiya qaydalarında xeyli sözün islah olunduğunu deyən B.Xəlilovun sözlərinə görə, 2013-cü ildə çap olunan “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə, tutalım, “yazmaq” sözü müxtəlif fel formalarında gedib, lakin yeni orfoqrafiya qaydalarında onlar təkrar edilmir: “Ancaq orfoqrafiya qaydalarında məsdər forması gedəcək - “yazmaq”. Yəni felin bütün qrammatik növlərini verməyə və lüğəti kortəbii şişirtməyə ehtiyac olmayacaq. Bu mənada, orfoqrafiya lüğətində müəyyən sözlər, təbii ki, keşmişlə müqayisədə azalıb. Bu sahədə bir islahat aparıldı. Bu mənada ki, müəyyən dərəcədə cilalanma getdi, cəmiyyətin fikri öyrənildi, müəyyən sözlərin yazılışı dəqiqləşdi. Bir mütəxəssis kimi həmişə demişəm, yenə də deyirəm ki, orfoqrafiya lüğəti çox zərif, incə bir məsələdir. Bu, həyat tərzi ilə bağlıdır. Çünki həyatımıza, məişətimizə yeni-yeni sözlər gəlir və orfoqrafiya lüğəti ən azı 5 ildən sonra dəyişir. Qarşıdakı 5 il üçün yeni orfoqrafiya qaydalarını yetərsay hesab edə bilərik. Bir məsələni deyim ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti” 2004-cü və 2013-cü illərdə çap olunub. Hər iki lüğətin də rəyçisi olmuşam. Qətiyyən o lüğətlərə kölgə salmaq fikrində deyiləm, ancaq obyektivlik naminə deməliyəm ki, 2018-ci ildə çap olunacaq lüğət həm mütəxəssislərin, həm ictimaiyyətin, həm də ziyalıların müzakirəsindən keçib. Mənə elə gəlir ki, KİV-lər də, ictimaiyyət də bu qaydalardan faydalanacaq. Bu sahədə bütün problemlər aradan qalxacaq. Çünki bu lüğət müasir reallığın tələblərinə cavab verən lüğətdir. Biz təsdiqlənmək üçün Nazirlər Kabinetinə təqdim ediləcək yeni lüğət standartı ilə qarşıdakı 5 il müddətində yazı qaydalarını tənzimləyə biləcəyik”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ